Çərşənbə, Oktyabr 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İki bölgəmizdə təhlükəli xəstəlik sürətlə yayılır: karantin gündəmdə – Rəsmi açıqlama

17/10/2025 11:15
CƏMİYYƏT, Manşet, Sağlamlıq
841 8
İki bölgəmizdə təhlükəli xəstəlik sürətlə yayılır: karantin gündəmdə – Rəsmi açıqlama
703
Paylaşım sayı
976
Baxış sayı

 Azərbaycanın bəzi bölgələrində dabaq xəstəliyinin yayılması ciddi narahatlıq doğurur. Belə ki, Naxçıvanda bunun sürətlə artdığı və gizli saxlanıldığı iddia edilir. Bildirilir ki, artıq minlərlə mal-qara tələf olmaq təhlükəsi ilə üz-üzədir. Oxşar mənzərə Astaranın bir neçə kənd və qəsəbəsində də müşahidə olunur. Xəstəlik əsasən Seləkəran, Giləkəran, Kələdəhnə, Böyük Şahağacı, Suparibağ, Şiyəkəran və Ərçivan ərazilərində qeydə alınıb.
Naxçıvan və Astarada nə baş verir? Dabaq xəstəliyi və mümkün təhlükələri nələrdir?
Gündəm24.az xəbər verir ki , Globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Mirağa Abdullayev deyib ki, dabaq xəstəliyi yoluxucu və virus mənşəli xəstəlikdir:

“Həm ev, həm də vəhşi təkdırnaqlı və cütdırnaqlı heyvanlar arasında sürətlə yayılır. Xəstəlik əsasən mal-qarada müşahidə olunur, lakin qoyun, keçi və donuzlar da yoluxa bilər. Virus çox davamlıdır, yəni torpaqda, otlaqda və hətta geyim, ayaqqabı və alətlərin üzərində uzun müddət yaşaya bilir. Buna görə də yoluxma riski çox yüksək sayılır”.

Ekspert bildirib ki, dabağın qarşısını almağın ən effektiv yolu mütəmadi vaksinasiya və ciddi baytarlıq nəzarətidir:

“Xəstə heyvanlar dərhal ayrı saxlanmalı, otlaq və su mənbələri dezinfeksiya edilməlidir. Fermerlər xəstə və sağlam heyvanları eyni yerdə saxlamaqdan, həmçinin birgə yemdən istifadə etməkdən çəkinməlidirlər. Əllər, geyim və alətlər dezinfeksiyaedici məhlullarla təmizlənməlidir. Əgər kənddə dabaq aşkarlanıbsa, həmin əraziyə karantin tətbiq edilməli, heyvanların hərəkəti, alqı-satqısı və kəsimi qadağan olunmalıdır. Ümumilikdə vaxtında peyvəndləmə, nəzarət və təmizliyə riayət olunması xəstəliyin qarşısını almağın əsas şərtləridir”.

Globalinfo.az məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, baytarlıq nəzarəti funksiyası Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyindədir.

AQTA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri Hüsniyyə Həsənova saytımıza açıqlamasında deyib ki, agentlik ölkədə və dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır:

“Ölkədə heyvanların identifikasiyası və qeydiyyatı həyata keçirilir. Bu sistem heyvan xəstəliklərinin aşkarlanması, onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinqlər keçirilir. Fərdi və fermer təsərrüfatlarında saxlanılan iri, o cümlədən xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürülərək laborator sınaqları həyata keçirilir. Heyvan xəstəliklərin qarşısının alınması üçün heyvanların müntəzəm peyvəndlənməsi və sağlamlıq nəzarəti, təsərrüfatlarda biotəhlükəsizlik qaydalarına əməl olunması, qida məhsullarının təhlükəsiz emalı, saxlanması, ictimai maarifləndirmə, yaxud risk kommunikasiyası kimi mübarizə tədbirləri aparılır”.

Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanlasaq da, cavabsız qalıb.

Oxşarxəbərlər

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb
Hadisə

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

14/10/2026 10:14
952
Prezident onlara müraciət ünvanladı
Manşet

Prezident onlara müraciət ünvanladı

14/10/2026 10:12
952
“Xalaqızı” vəfat etdi
CƏMİYYƏT

“Xalaqızı” vəfat etdi

14/10/2026 10:01
952
Bu ölkənin liderində xərçəng AŞKARLANDI
Dünya

Bu ölkənin liderində xərçəng AŞKARLANDI

14/10/2026 09:17
953
Xarici hakerlərin hücumu BAŞLADI: 100-dən artıq hədəf var…
CƏMİYYƏT

Xarici hakerlərin hücumu BAŞLADI: 100-dən artıq hədəf var…

14/10/2026 09:15
954
Tanınmış hakimə ağır itki
CƏMİYYƏT

Tanınmış hakimə ağır itki

14/10/2026 09:08
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

Şəmkirdə 50 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

14/10/2026 10:14
952
Prezident onlara müraciət ünvanladı

Prezident onlara müraciət ünvanladı

14/10/2026 10:12
952
“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı

14/10/2026 10:07
952
“Xalaqızı” vəfat etdi

“Xalaqızı” vəfat etdi

14/10/2026 10:01
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
952

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
984

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
977

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
978

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.