Əhməd Abdulkərim oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilob.
Gündəm24.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
O bu təltifə Azərbaycan Respublikasında təhsil sahəsində xidmətlərinə görə layiq görülüb.
Qeyd edək ki, sabah – noyabrın 29-da Əhməd Vəliyevin 80 yaşı tamam olacaq. O, Odlar Yurdu Universitetinin rektoru və keçmiş millət vəkilidir (Azərbaycan Respublikası Milli Məclisinin III (2005-2010) və IV (2010-2015) çağırış deputatı olub – red.).













