Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyev fərmanı imzaladı

17/08/2026 15:12
Manşet, Siyasət
796 42
İlham Əliyev fərmanı imzaladı
693
Paylaşım sayı
963
Baxış sayı
Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Gündəm24.az  fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında hər üç halda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin birinci (hər üç halda) və üçüncü abzaslarında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.6. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.7. həmin Məcəllənin 155.5-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

1.8. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.9. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin üçüncü abzasına uyğun olaraq, dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində təsdiq etsin;

2.2. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 486 (Cild I); 2024, № 7, maddə 823; 2025, № 8, maddə 750; 2026, № 4, maddə 304) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənddə üçüncü halda “və” sözü vergül işarəsi ilə əvəz olunsun və həmin bəndə “ikinci cümlələrində” sözlərindən sonra “və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (hər üç halda)” sözləri əlavə edilsin;

3.2. 2.1-1-ci bəndə “cümləsində” sözündən sonra “və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (ikinci halda)” sözləri əlavə edilsin;

3.3. 2.1-6-cı bənd 2.1-7-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 2.1-6-cı bənd əlavə edilsin:

“2.1-6. həmin Məcəllənin 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

3.4. 2.3-cü bənddə ikinci halda “2-ci hissəsində” sözləri “2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.5. 2.10-1-ci bəndə “hissəsində” sözündən sonra “və 90-cı maddəsinin 1-1-ci hissəsinin birinci abzasında (birinci halda)” sözləri əlavə edilsin.

4. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746, № 11, maddə 1035; 2026, № 1, maddə 24; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 iyun tarixli 695 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 3.1-ci bənddə “və 1076-6.7-ci maddələrində” sözləri “maddəsində, 155.5-ci maddəsinin birinci (hər üç halda) və üçüncü abzaslarında, 1076-6.7-ci maddəsində” sözləri ilə əvəz edilsin;

4.2. 3.1-1-ci bənd 3.1-2-ci bənd hesab olunsun və aşağıdakı məzmunda 3.1-1-ci, 3.1-3-cü və 3.1-4-cü bəndlər əlavə edilsin:

“3.1-1. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında ikinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;”;

“3.1-3. həmin Məcəllənin 155.5-ci maddəsinin üçüncü abzasında nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

3.1-4. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında üçüncü halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.3. aşağıdakı məzmunda 3.9-1-ci bənd əlavə edilsin:

“3.9-1. həmin Məcəllənin 155.5-ci maddəsinin birinci abzasında birinci halda “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;”.

5. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599 (Cild I); 2024, № 5 (I kitab), maddə 529; 2025, № 1, maddə 26, № 4 (I kitab), maddə 333, № 12 (I kitab), maddə 1136; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 5 avqust tarixli 753 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 5.6-cı bəndinə “özəlləşdirilməsini” sözündən sonra “, dəyişdirilməsini” sözü əlavə edilsin.

Oxşarxəbərlər

Norveçdə nələr müzakirə olundu?
Dünya

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
953
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar
Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır
Dünya

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
954
Bakıda yeni mikrorayon salınacaq – VİDEO
CƏMİYYƏT

Bakıda yeni mikrorayon salınacaq – VİDEO

20/10/2026 22:55
955
Zəncirvari qəza – Azyaşlı öldü, xəsarət alanlar var
Hadisə

Zəncirvari qəza – Azyaşlı öldü, xəsarət alanlar var

20/10/2026 22:03
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Norveçdə nələr müzakirə olundu?

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
953
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
964

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.