Çərşənbə, Oktyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İlham Əliyevin Özbəkistan səfərindən BÖYÜK GÖZLƏNTİLƏR

23/08/2026 13:00
Manşet, Siyasət
830 9
İlham Əliyevin Özbəkistan səfərindən BÖYÜK GÖZLƏNTİLƏR
694
Paylaşım sayı
964
Baxış sayı

Prezident İlham Əliyevin avqustun 23-də Özbəkistana başlayan dövlət səfəri   Azərbaycan-Özbəkistan münasibətlərinin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə keçdiyi bir vaxtda həmin münasibətlərin konkret layihələrlə daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər 23–24 avqust tarixlərində keçirilir.

İki qardaş ölkə arasında siyasi müstəvidə münasibətlər kifayət qədər yüksək səviyyəyə çatıb. Prezident İlham Əliyevin səfərdən əvvəl Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd etdiyi kimi, son beş ildə iki ölkə arasında yüksək səviyyədə 15 qarşılıqlı səfər həyata keçirilib. 2023-cü ildə yaradılan Ali Dövlətlərarası Şura isə münasibətlərin institusional bazasını gücləndirib. Bu, əlaqələrin artıq yalnız liderlərin şəxsi münasibətlərindən deyil, dövlət mexanizmlərindən də asılı olan uzunmüddətli modelə çevrildiyini göstərir.

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, Prezident İlham Əliyevin səfərinin mühüm nəticələrindən biri iqtisadi münasibətlərin siyasi yaxınlaşmanın tempinə çatdırılması ola bilər: “2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. 2026-cı ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi daha 33 faiz artıb. Tranzit daşımalarında da yüksəliş var. 2025-ci ildə 1,4 milyon ton, 2026-cı ilin ilk altı ayında isə 675 min ton yük daşınıb.

Burada daha böyük məsələ isə Azərbaycan-Özbəkistan əməkdaşlığının Xəzər-Mərkəzi Asiya xəttində yeni iqtisadi və nəqliyyat platformasına çevrilməsidir. Azərbaycan Avropaya çıxış imkanlarına, Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi və demoqrafik bazarına malikdir. Bu iki imkanın birləşməsi Orta Dəhlizin yalnız tranzit marşrutu deyil, istehsal, logistika, investisiya və ticarət zənciri kimi formalaşmasına şərait yarada bilər. Prezident Əliyev də əvvəlki çıxışlarında Orta Dəhlizin əhəmiyyətinin artmasını xüsusi vurğulayıb.

Aydın Hüseynov: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi suverenliyini  təmin edən əsas dayaqlardandır”

Digər mühüm istiqamət qarşılıqlı investisiyalardır. Azərbaycan şirkətləri Özbəkistanda, özbək şirkətləri isə Azərbaycanda artıq real layihələr həyata keçirirlər. Məsələn, Füzulidə 100 hektarlıq “Dostluq bağı”, avtomobil və avtobus istehsalı sahəsində əməkdaşlıq, Daşkənddə “Ritz-Carlton” hotel və yaşayış kompleksi, “Sea Breeze Uzbekistan” layihəsi iki ölkə iqtisadiyyatının getdikcə bir-birinə bağlandığını göstərir”.

Deputat hesab edir ki, Azərbaycan Prezidentinin səfərinin başqa bir əhəmiyyətli tərəfi Mərkəzi Asiya ilə Azərbaycan arasında siyasi əlaqələrin daha geniş regional platformaya çevrilməsidir: “Özbəkistan Mərkəzi Asiyanın ən böyük və strateji əhəmiyyətli dövlətlərindən biridir. Azərbaycan isə regionu Türkiyə və Avropa bazarlarına bağlayan əsas dövlətlərdən biridir. Ona görə Bakı-Daşkənd münasibətlərinin güclənməsi faktiki olaraq Cənubi Qafqazla Mərkəzi Asiyanın əlaqələndirilməsini sürətləndirir.

Bu baxımdan Azərbaycan və Özbəkistanın maraqları ciddi şəkildə üst-üstə düşür. Azərbaycan Mərkəzi Asiyada özünün mövqeyini gücləndirir, Özbəkistan isə Azərbaycan vasitəsilə Xəzərdən qərbə çıxış imkanlarını genişləndirir. Bu əməkdaşlıq hər iki ölkəyə geosiyasi baxımdan daha geniş manevr imkanlar verir”./Musavat

Oxşarxəbərlər

Norveçdə nələr müzakirə olundu?
Dünya

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
953
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar
Hadisə

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır
Dünya

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq
CƏMİYYƏT

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
953
Bakıda yeni mikrorayon salınacaq – VİDEO
CƏMİYYƏT

Bakıda yeni mikrorayon salınacaq – VİDEO

20/10/2026 22:55
955
Zəncirvari qəza – Azyaşlı öldü, xəsarət alanlar var
Hadisə

Zəncirvari qəza – Azyaşlı öldü, xəsarət alanlar var

20/10/2026 22:03
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Norveçdə nələr müzakirə olundu?

Norveçdə nələr müzakirə olundu?

21/10/2026 00:10
953
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi + Fotolar

20/10/2026 23:25
954
Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

Ölkəni alov bürüdü, ordu küçələrə axdı- Avropada dəhşət yaşanır

20/10/2026 23:15
956
Sabah bu ərazilərdə işıq olmayacaq

Sabah bu ərazilərdə işıq olmayacaq

20/10/2026 23:00
953

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
964

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.