Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Məhsullar düzgün saxlanılmadıqda qida zəhərlənməsi riski artır” – EKSPERT AÇIQLADI

13/05/2026 11:32
Manşet, Müsahibə
816 34
“Məhsullar düzgün saxlanılmadıqda qida zəhərlənməsi riski artır” – EKSPERT AÇIQLADI
703
Paylaşım sayı
977
Baxış sayı

“Ev şəraitində qida zəhərlənmələrinin baş verməsinin əsas səbəblərindən biri məhsulların düzgün saxlanılmaması və gigiyenik qaydalara əməl edilməməsidir. İnsanlar arasında bəzən belə yanlış fikir formalaşır ki, əgər məhsulun iyi dəyişməyibsə və ya xarici görünüşündə problem yoxdursa, deməli, istifadəyə yararlıdır”.

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu, tam doğru deyil: “Bir çox hallarda təhlükəli bakteriyalar məhsulun dadını və ya iyini dəyişmədən də insan sağlamlığı üçün ciddi risk yarada bilir.

Ən çox rast gəlinən hallardan biri mayonezli, smetanalı və kremli qidaların uyğun temperaturda saxlanılmamasıdır. Bu tip məhsullar tez xarab olduğu üçün onların uzun müddət otaq temperaturunda qalması zəhərlənmə riskini artırır. Bəzən insanlar bişmiş yeməkləri saatlarla mətbəxdə saxlayır, daha sonra isə yenidən qızdıraraq istifadə edirlər. Bu isə bakteriyaların çoxalması üçün əlverişli şərait yaradır.

Digər ciddi problemlərdən biri eyni kəsici alətlərin müxtəlif məhsullar üçün istifadə olunmasıdır. Məsələn, eyni bıçaqla həm çiy toyuq və ya ət, həm də meyvə-tərəvəz kəsilməsi bakteriyaların bir məhsuldan digərinə keçməsinə səbəb ola bilər. Sadəcə su ilə yaxalamaq hər zaman kifayət etmir. Kəsici alətlər və lövhələr mütləq şəkildə yaxşı yuyulmalı, mümkün olduqda isə ayrı-ayrı istifadə edilməlidir.

Məhsul qonşuluğuna əməl olunmaması da zəhərlənməyə səbəb olan əsas amillərdəndir. Soyuducuda çiy ət, balıq və bişmiş yeməklərin açıq şəkildə eyni rəfdə saxlanılması çarpaz çirklənməyə səbəb olur. Bu zaman bakteriyalar digər qidalara keçə bilir.

Bəzən insanlar dondurulmuş məhsulu əridib yenidən soyuducuya və ya dondurucuya qoyurlar. Bu proses məhsulun keyfiyyətini aşağı salır və təhlükəli mikroorqanizmlərin yaranması üçün şərait yaradır. Xüsusilə tortlar, kremli şirniyyatlar və digər tez xarab olan məhsullar düzgün temperaturda saxlanılmadıqda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Qida zəhərlənmələrinin böyük hissəsi məhsulların düzgün saxlanılmaması, gigiyena qaydalarına əməl edilməməsi və qidalardan yanlış istifadə nəticəsində baş verir. Buna görə də məhsulların saxlanma temperaturuna diqqət yetirilməli, mətbəxdə təmizlik və gigiyena qaydalarına ciddi riayət olunmalıdır”.

Oxşarxəbərlər

Qazın qiyməti ucuzlaşdı
CƏMİYYƏT

Qazın qiyməti ucuzlaşdı

17/10/2026 10:20
956
Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var
Manşet

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

17/10/2026 09:57
960
77 şagird dönərdən zəhərləndi
Dünya

77 şagird dönərdən zəhərləndi

17/10/2026 09:41
958
Məni subay oğlan sevə bilməz? – Renka
Manşet

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
956
Türkiyədə ara qarışdı – Axtarışlar başladı
Dünya

Türkiyədə ara qarışdı – Axtarışlar başladı

17/10/2026 09:21
954
Füzulinin işğaldan azad olunmasından altı il ötür
Manşet

Füzulinin işğaldan azad olunmasından altı il ötür

17/10/2026 09:12
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Qazın qiyməti ucuzlaşdı

Qazın qiyməti ucuzlaşdı

17/10/2026 10:20
956
Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

Meymunçiçəyi yenidən gündəmdə – Rusiyada yoluxanlar var

17/10/2026 09:57
960
77 şagird dönərdən zəhərləndi

77 şagird dönərdən zəhərləndi

17/10/2026 09:41
958
Məni subay oğlan sevə bilməz? – Renka

Məni subay oğlan sevə bilməz? – Renka

17/10/2026 09:26
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
974

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
981

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.