Pakistanın Peşəvər şəhərində yerləşən özəl məktəbin damının uçması nəticəsində 21 uşaq və bir müəllim həlak olub.
Gündəm24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 40-dan çox insan xəsarət alıb, onlardan 20-si xəstəxanaya çatdırılıb.
Xilasetmə qüvvələri dağıntılar altında qalan uşaqları və məktəb əməkdaşlarını tapmaq üçün əməliyyata başlayıb.
Məlumata görə, həlak olanların əksəriyyətinin 13 yaşı var.













