Cümə, İyul 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mehdiyevlər İmişli bazarını belə ələ keçirib

04/11/2025 09:13
CƏMİYYƏT, Manşet
44 1
Mehdiyevlər İmişli bazarını belə ələ keçirib
57
Baxış sayı

İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib.

Gündəm24.az xəbər verir ki, globalinfo.az-a müraciət edən şəxs deyib ki, atası mərhum Rüstəm Əvəzov 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olub. 1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət Proqramı” çərçivəsində keçirilən hərracda Rüstəm Əvəzov, eləcə də onun qardaşları Əvəz və Məcnun Şükürovlar müəssisənin 55 faiz səhmini qanuni yolla əldə ediblər. Ailənin sözlərinə görə, bu faktı təsdiqləyən sənədlər – hərrac protokolu, səhm sertifikatları və səhmdar reyestrləri bu gün də onların əlindədir.

Şikayətçilər iddia edirlər ki, 2000-ci ildə keçmiş deputat və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs özəlləşdirmənin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Onların sözlərinə görə, uzun illər davam edən məhkəmə çəkişmələrində əvvəlki instansiyalar ailənin xeyrinə qərar versə də, Ali Məhkəmə Ramiz Mehdiyevin müdaxiləsi ilə Əziz Quliyevin xeyrinə qərar çıxarıb. Bunun nəticəsində ailə bazardan məhrum olub.

İ.Əvəzovun sözlərinə görə, bu ədalətsizlik onların maliyyə cəhətdən çökməsinə və ailə faciələrinə səbəb olub. Belə ki, atası Rüstəm Əvəzov 2002-ci ildə, əmisi Məcnun Şükürov isə 2020-ci ildə ağır stress nəticəsində dünyasını dəyişib.

Şikayətçilər bildirirlər ki, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan və barəsində araşdırmalar başladıqdan sonra ədalətin bərpa olunacağına ümid yaranıb.

Onlar hesab edirlər ki, Mehdiyevin göstərişləri ilə hərəkət edən şəxslər, o cümlədən Əziz Quliyevin də əməlləri araşdırılmalıdır:

“Əziz Quliyev 25 ildən artıqdır ki, İmişli bazarını qanunsuz olaraq əlində saxlayır, vergidən yayınmaqla böyük sərvət qazanıb. Onun barəsində qanunsuz varlanma, özgə əmlakını ələ keçirmə və vergidən yayınma faktları üzrə ciddi araşdırma aparılmalıdır”.

Bundan başqa, şikayətçi onların xəbəri olmadan 25 il öncə Nəsimi rayonunda məhkəmənin keçirildiyini bildirib:

“Maraqlıdır ki, məhkəmə Əziz Quliyevin xeyrinə qərar çıxarmışdı. Bunun əsasında Xətai rayon Məhkəməsinə müraciət edib, qalib gəldik. Bunlar isə Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Çünki əmim Heydər Əliyevə məktub ünvanlamışdı deyə, işimizə baxılması üçün tapşırıq verilmişdi. Lakin məhkəmə qərarı icra olunmadı. Özləri də dedilər ki, onlara təzyiq göstərilir. Hətta Apelyasiya Məhkəməsi də xeyrimizə qərar çıxardı. Amma 8 aydan sonra iş Ali Məhkəməyə verildi və onların xeyrinə qərar verildi. Onda da hakim Südabə xanım idi. Adam açıq şəkildə bizə dedi ki, mən işi sizin xeyrinizə çıxarsam, məni Mehdiyev ailəsi öldürəcək”.

İntiqam Əvəz 25 ildən sonra məsələnin işıqlandırılmasını belə izah edib:

“Ramiz Mehdiyevə görə heç kim işimizə ədalətli yanaşa bilmirdi. Biz gözləyir və inanırdıq ki, nə vaxtsa Ramiz Mehdiyev vəzifədən kənarlaşdırılacaq və ya dünyasını dəyişəcək. İndi isə ölmədi, amma ölməkdən daha pis hala düşdü. Adam Vətən xaini kimi ifşa olundu”.

Oxşarxəbərlər

“28 May”da eskalatordan biri təmirə dayandırılır
CƏMİYYƏT

“28 May”da eskalatordan biri təmirə dayandırılır

09/07/2026 21:45
55
Hərbi-texniki əməkdaşlığı müzakirə etdilər – FOTO
CƏMİYYƏT

Hərbi-texniki əməkdaşlığı müzakirə etdilər – FOTO

09/07/2026 20:22
54
Baş nazirdən yeni qərar
CƏMİYYƏT

Baş nazirdən yeni qərar

09/07/2026 18:41
53
Baş nazirdən yeni qərar
CƏMİYYƏT

Baş nazirdən yeni qərar

09/07/2026 18:41
50
Baş nazirdən yeni qərar
CƏMİYYƏT

Baş nazirdən yeni qərar

09/07/2026 18:41
52
Baş nazirdən yeni qərar
CƏMİYYƏT

Baş nazirdən yeni qərar

09/07/2026 18:41
53

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Tahir Gözəl Elvinlə bağlı açıqlama verdi – Video

Tahir Gözəl Elvinlə bağlı açıqlama verdi – Video

09/07/2026 22:40
55
ABŞ-də məhkəmə İlon Maskı cərimələdi

ABŞ-də məhkəmə İlon Maskı cərimələdi

09/07/2026 22:11
57
Hərbçilərə bu məlumatları vermək qadağandır! – VİDEO

Hərbçilərə bu məlumatları vermək qadağandır! – VİDEO

09/07/2026 21:54
56
Hərbçilərə bu məlumatları vermək qadağandır! – VİDEO

Hərbçilərə bu məlumatları vermək qadağandır! – VİDEO

09/07/2026 21:54
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

Qərbi Azərbaycanın unudulmayan irsi – Qafan qalasının tarixi

09/07/2026 09:47
68

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

Qərbi Azərbaycanın qədim müdafiə qalalarından biri – Gorus qalası

08/07/2026 10:03
75

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
65

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
58

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.