Cümə axşamı, İyun 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

MİDA evlərini bu üsulla rahat qazanın – AÇIQLAMA

04/11/2025 13:30
CƏMİYYƏT, Manşet
67 3
MİDA evlərini bu üsulla rahat qazanın – AÇIQLAMA
88
Baxış sayı

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin əldə edilməsi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Layihənin əsas məqsədi aztəminatlı və gənc ailələrin güzəştli şərtlərlə mənzil əldə etmələri üçün şərait yaratmaqdır. Qeyd edək ki, müsabiqədə MİDA-nın sistemində elektron kabinetə sahib olan yaşı 35-dən aşağı olan gənclər və yaşından asılı olmayaraq müəyyən tələblərə cavab verən şəxslər iştirak edə bilər. Vətəndaşlar bu mənzillərə iki yolla – ipoteka kreditindən istifadə etməklə və öz vəsaitləri hesabına ödəniş üsuluyla sahib ola bilərlər.

Dövlət sifarişi əsasında tikilən bu mənzillər isə tam təmirli şəkildə vətəndaşlara təklif olunur. Müsabiqənin keçiriləcəyi tarix 1 ay öncə MİDA-nın rəsmi saytında yerləşdirİlir. Daha sonra təyin olunmuş tarixdə onlayn yarış formatında müsabiqə təşkil olunur və mənzillər satışa çıxarılır. Elə bütün problemlər də məhz bundan sonra başlayır.

Müsabiqənin formatına əsasən, yarışda iştirak edən vətəndaşlardan daha cəld seçim etmək tələb olunur. Bu müsabiqədə eyni anda illərlə arzuladığı mənzilə sahib olmaq istəyən minlərlə vətəndaş iştirak edir. Ancaq göz açıb qapayanadək bitən bu yarışmada bir çox vətəndaş bu arzusuna çata bilmir. Ona görə də müsabiqənin formatından narazı olanların sayı hər ötən gün bir qədər də artır. İştirakçıların sözlərinə görə, satışa çıxarılan mənzillərin böyük əksəriyyəti 5-10 saniyə ərzində satılır.

Müsabiqənin keçirilmə qaydasına görə, mənzil seçimi edən şəxs müvafiq xanaları doldurmalı, müxtəlif seçimlər etməli və sonda “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunu yazmalıdır. Bu qədər prosesin tamamlanması üçün ən yaxşı halda 15-20 saniyə vaxt lazımdır. Bəs 5-10 saniyə ərzində evi necə qazanmaq olar?

Gündəm24.az bildirir ki, texnobloger Fərid Pərdəşünas MİDA-da ev “tutmaq”la bağlı əsas sirrləri açıqlayıb. Onun sözlərinə görə, MİDA üçün çox sürətli, 4000–5000 manatlıq kompüterə ehtiyac yoxdur:

 

“Orta göstəricilərdə, donmayan-tutulmayan, əməli, yəni RAM yaddaşı 8 GB və üzəri olan kompüterlərlə rahat oynamaq olur. Çalışın brauzerdə çox pəncərə açmayın. “Google Chrome” brauzeri ilə oynamaq məsləhətdir. İnternetlə bağlı diqqətli olmaq lazımdır. Ola bilər sizə xidmət göstərən provayder yaxşı sürət verir, amma ping yüksəkdirsə, bu o deməkdir ki, artıq yarışda geridəsiniz. MİDA oyununda internetin ping dəyəri daha önəm kəsb edir. Bu serverə sorğunu yönəldib, cavab almaq üçün vaxtdır. Nə qədər aşağı olsa, bir o qədər yaxşıdır. 50 Mb/s yuxarı və 20-dən aşağı ping ideal olar. 20–30 arası ping də məqbuldur”.

F.Pərdəşünas qeyd edib ki, əl vərdişi ən əsas məsələdir:

“Əgər həqiqətən ev udmaq istəyirsinizsə, məsləhətdir ki, ən az 1 həftə-10 gün əvvəldən demo versiyada məşqlər edəsiniz. Gözünüz öyrəşməli və əl vərdişi yaranmalıdır. Xüsusi saytlar var ki, orada mausla reaksiya vermə sürətinizi artıra bilərsiniz. Gündəlik 10 dəqiqə reaksiya məşqi oyunda çox kömək olur. Mən udmaq üçün 7 gün məşq etmişdim. Oyun zamanı maus istifadəsi mütləqdir. Mausun DPI dəyərini, yəni ekranda sürüşmə sürətini tənzimləyin. Bu millisekundlar da olsa seçim sürətinizə təsir edə bilər. Kompüteri internetə bağlamaq üçün isə LAN kabeli istifadə etsəniz, yaxşı olar. Diqqət edin ki, oyun zamanı evdə şəbəkəni yükləyən əməliyyatlar olmasın”.

Mütəxəssis nəzərə çatdırıb ki, oyun zamanı ən önəmli hissə demoda təqdim olunmayan təhlükəsizlik yoxlanışıdır:

“Açdığınız hər səhifədə sizi gözləyən bir təhlükəsizlik yoxlaması olur. Bu adətən həmin günün tarixi, sizin doğum tarixiniz, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya hansısa təqdim olunan rəqəmin daxil edilməsi ola bilər. Burada işin diqqət edilməli tərəfi odur ki, rəqəmləri daxil etmək üçün düymələr ekranda virtual formada qarışıq yerləşir. Yəni normalda telefonda 1 2 3 rəqəmi yanaşı, altında 4 5 6 formasında gözümüz öyrəşibsə, burada sıralama ixtiyari olur. 5 7 3 altında 9 0 1 kimi. Yəni göz yaddaşı unudub, konkret rəqəmi axtarmaq lazımdır. Bunu özünüz haradasa çəkib, məşq edə bilərsiniz”.

F.Pərdəşünas başqalarından kömək almağın qeyri-qanuni sayılmadığını da bildirib:

“Ətrafınızda anlayışı olan adamdan bunu istəyə bilərsiniz. Amma tanıdığınız adam olmalıdır ki, sizə can yandırıb, məşq eləsin. Yoxsa, uzaq qohum, tanış-bilişdən xahiş etməklə bu iş alınmır. Əgər ping nədir, RAM nədir bilirsinizsə, kompüterə hakim olmusunuzsa, elə özünüz də məşq edib, başı çıxan adamdan daha yaxşı nəticə göstərə bilərsiniz”.

O nəzərə çatdırıb ki, bu işi pul qarşılığında kiber müdaxilə ilə edəndə qanunsuz hesab olunur:

“Buna qətiyyən razı olmayın, çünki məsuliyyət yaradır. Yox, kimsə sizdən ödəniş alıb, bu işə zaman ayırdığı üçün qarşılıq tələb edirsə, bu hal başa düşülən sayıla bilər və qanunsuzluq elementi yoxdur. Buna mütləq diqqət edin. Ümumiyyətlə indiki şərtlərdə kiber müdaxilə çətindir. Çünki son ana qədər təhlükəsizlik yoxlanışını heç kim bilmir”.

Oxşarxəbərlər

Azərbaycanda yeni akademiya yaradılır
CƏMİYYƏT

Azərbaycanda yeni akademiya yaradılır

24/06/2026 22:12
53
SENSASİYA! COVİD-lə bağlı SİRR açıldı – İlk dəfə!
CƏMİYYƏT

SENSASİYA! COVİD-lə bağlı SİRR açıldı – İlk dəfə!

24/06/2026 21:52
53
Mərkəzi Bank məlumat yaydı
CƏMİYYƏT

Mərkəzi Bank məlumat yaydı

24/06/2026 21:14
54
TƏBİB rəhbəri daha 3 xəstəxananın direktorunu işdən çıxardı
CƏMİYYƏT

TƏBİB rəhbəri daha 3 xəstəxananın direktorunu işdən çıxardı

24/06/2026 20:35
52
Bu müəllimlərin NƏZƏRİNƏ – Tarix açıqlandı
CƏMİYYƏT

Bu müəllimlərin NƏZƏRİNƏ – Tarix açıqlandı

24/06/2026 20:24
52
Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar – FOTOLAR
CƏMİYYƏT

Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar – FOTOLAR

24/06/2026 19:21
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Vətən müharibəsi qazisi bıçaqlandı

Vətən müharibəsi qazisi bıçaqlandı

24/06/2026 23:28
54
Priqojinlə bağlı elə sirlər ortaya çıxdı ki – Bunu hər kəsdən gizlədiblər

Priqojinlə bağlı elə sirlər ortaya çıxdı ki – Bunu hər kəsdən gizlədiblər

24/06/2026 23:07
54
İsrail və Livan arasında Vaşinqton danışıqları dalana dirəndi

İsrail və Livan arasında Vaşinqton danışıqları dalana dirəndi

24/06/2026 22:47
52
Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı

Ölümlə həyat arasında: Norveç şahzadəsi ağır əməliyyatdan çıxdı

24/06/2026 22:18
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
84

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

Tarixin izlərini qoruyan mahal – Loru haqqında bilmədikləriniz

23/06/2026 11:14
78

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

Pəmbək kəndi: Göyçənin dağlar qoynunda qalan qədim yurdu

22/06/2026 11:17
61

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.