Gündəm24.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva vilayətinə dron hücumu nəticəsində ölənlərin sayı 2-yə çatıb, 9 nəfər yaralanıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, Domodedovo bələdiyyəsinin Barybino qəsəbəsində dağıntılar altında 71 yaşlı kişinin meyiti aşkarlanıb.
Hücum nəticəsində Solneçnoqorsk bələdiyyəsinin Radumlya kəndində 20 yaşlı bir şəxsin də öldüyü təsdiqlənib.
Qubernatorun sözlərinə görə, hadisə zamanı ümumilikdə 9 nəfər yaralanıb.
Sədaqət Həsənova
Gündəm24.az














