Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Moskvada Zəngəzura alternativ “Putin yolu” müzakirələri

01/10/2026 11:18
Manşet, Siyasət
808 25
Moskvada Zəngəzura alternativ “Putin yolu” müzakirələri
689
Paylaşım sayı
957
Baxış sayı

Moskvada Zəngəzura alternativ “Putin yolu” müzakirələri

Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları uğrunda geosiyasi rəqabət yeni mərhələyə keçir. Moskva–Tiflis–İrəvan arasında Abxaziya üzərindən nəqliyyat əlaqəsinin bərpasını nəzərdə tutan “Putin yolu” təşəbbüsü yenidən gündəmə gətirilib. Layihə Rusiyanın regionda nəqliyyat və logistika imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilir.

Gündəm24.az  “Svobodnaya Pressa”ya istinadən xəbər verir ki, Rusiya, Gürcüstan və Ermənistan arasında Qara dəniz sahili boyunca dəmir yolu və avtomobil əlaqələrinin bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Maraqlıdır ki, “Putin yolu”nun gündəmə gəlməsi ABŞ-ın dəstəklədiyi TRIPP layihəsi fonunda baş verir. TRIPP-in Azərbaycanı Naxçıvanla Ermənistan ərazisi üzərindən birləşdirən yeni nəqliyyat bağlantısı yaratması nəzərdə tutulur. Bu baxımdan Moskvanın Abxaziya üzərindən alternativ marşrutu müzakirəyə çıxarması Cənubi Qafqazın gələcək nəqliyyat xəritəsi uğrunda rəqabətin dərinləşdiyini göstərir. “Putin yolu” ideyasına əsasən, Rusiya ilə Ermənistan arasında Gürcüstan və Abxaziya üzərindən birbaşa dəmir yolu və mümkün avtomobil əlaqəsinin bərpası nəzərdə tutulur. Safaryanın sözlərinə görə, gələcəkdə marşrutun Naxçıvan, Culfa və İran üzərindən Tehrana qədər uzadılması da nəzərdən keçirilə bilər. Layihənin “Şimal–Cənub” və “Şərq–Qərb” nəqliyyat dəhlizləri ilə əlaqələndirilməsi də təklif olunur.

Транспортные маршруты Южного Кавказа: новые возможности и геополитические вызовы

Lakin layihənin qarşısında ciddi siyasi maneələr var. Əsas məsələ Gürcüstanın mövqeyidir. Çünki marşrut Abxaziya ərazisindən keçməlidir. Tbilisi isə Abxaziyanı öz ərazisinin ayrılmaz hissəsi hesab edir və bu istiqamətdə hər hansı nəqliyyat layihəsinin siyasi nəticələrini nəzərə alır. Rusiya–Gürcüstan münasibətlərində Abxaziya və Cənubi Osetiya məsələləri hələ də əsas problemlərdən biri olaraq qalır. Digər tərəfdən, Ermənistanın Rusiyadan uzaqlaşma siyasəti fonunda İrəvanın Moskvanın regional nəqliyyat təşəbbüsünə hansı səviyyədə dəstək verəcəyi də sual doğurur. Beləliklə, “Putin yolu”nun reallaşması yalnız iqtisadi imkanlardan deyil, Rusiya–Ermənistan və Rusiya–Gürcüstan münasibətlərinin gələcəyindən də asılı olacaq.

Rusiya tərəfdən layihənin məhz indi gündəmə gətirilməsi isə diqqət çəkir. Cənubi Qafqazda Azərbaycan–Naxçıvan bağlantısının açılması, TRIPP-in formalaşdırılması və regionun Şərq–Qərb nəqliyyat xəritəsində əhəmiyyətinin artması Moskvanın alternativ bağlantılar axtarışını sürətləndirə bilər. “Putin yolu”nun tərəfdarları isə layihəni TRIPP-ə birbaşa alternativ kimi təqdim etmədiklərini bildirirlər. Qasumyanovun fikrincə, müxtəlif nəqliyyat layihələri bir-birinə rəqib olmaq əvəzinə vahid regional logistika sisteminə inteqrasiya oluna bilər. Bununla belə, layihənin siyasi mahiyyəti də diqqətdən kənarda qala bilməz. Çünki nəqliyyat dəhlizləri artıq yalnız iqtisadi layihələr deyil, Cənubi Qafqazda geosiyasi təsir imkanlarının mühüm alətinə çevrilib. Hansı marşrutun açılması, həmin marşrut üzərində kimin iştirak etməsi və təhlükəsizlik mexanizmlərinin necə qurulması regiondakı güc balansına təsir göstərə bilər.

Azərbaycan üçün əsas məsələ isə Naxçıvanla maneəsiz bağlantının təmin edilməsidir. Bu baxımdan Bakı üçün marşrutların hansı siyasi adla təqdim olunmasından daha çox, onların real olaraq fəaliyyətə başlaması, regional kommunikasiyaların açılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında etibarlı əlaqənin təmin edilməsi əhəmiyyət daşıyır.

Moskvanın “Putin yolu” ideyasını yenidən gündəmə gətirməsi Cənubi Qafqazın nəqliyyat xəritəsinin necə formalaşacağı ilə bağlı mübarizənin davam etdiyini göstərir. Qarşıdakı dövrdə TRIPP, Zəngəzur istiqaməti, “Şimal–Cənub” və Abxaziya üzərindən mümkün Rusiya–Gürcüstan–Ermənistan bağlantısı paralel şəkildə müzakirə oluna bilər.//musavat.com

Oxşarxəbərlər

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”
Manşet

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
İlham Əliyev Tokayevi təbrik edib
Manşet

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
961
Naxçıvanda Ağır Qəza: 6 Yaralı Var
Manşet

Naxçıvanda Ağır Qəza: 6 Yaralı Var

25/10/2026 11:40
962
Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı
Dünya

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı

23/10/2026 21:49
957
Gələn il kimlərin maaşı artacaq?
İqtisadiyyat

Gələn il kimlərin maaşı artacaq?

23/10/2026 21:37
955
Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc
Manşet

Etdiyi yaxşılığı ömür boyu başa qaxan 4 bürc

23/10/2026 21:13
958

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

“Anamla atam ailə qurmağımı istəyir” – Günel

25/10/2026 14:40
959
Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
Qızılı Çox Olanlara Pis Xəbər

Qızılı Çox Olanlara Pis Xəbər

25/10/2026 13:47
965
İlham Əliyev Tokayevi təbrik edib

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
961

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
961

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
972

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.