Çərşənbə, Fevral 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Müəllimlərə güzəştli təhsil kartı nə vaxt veriləcək? – AÇIQLAMA

30/10/2025 19:08
CƏMİYYƏT, Elm və təhsil, Manşet
47 0
Müəllimlərə güzəştli təhsil kartı nə vaxt veriləcək? – AÇIQLAMA
60
Baxış sayı

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin keçmiş sədri Elnur Nəsibov bir neçə ay öncə bildirmişdi ki, 2025-ci ilin ilk yarısından gec olmayaraq Azərbaycanda müəllimlər üçün müəyyən güzəştləri özündə ehtiva edən təhsil kartlarından istifadəyə başlanılacaq. Onun işdən çıxmasından sonra qurum adından mətbuata verilən digər açıqlamada isə qeyd olunmuşdu ki, məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulan kart pillələr üzrə yeni tədris ilindən etibarən istifadəyə veriləcək.

Qeyd edək ki, təhsil kartları ilə müəllimlərə kafe və restoranlar, iaşə obyektləri, geyim və ərzaq mağazaları, gözəllik, sağlamlıq və tibbi xidmət mərkəzləri və s. istiqamətlərdə güzəştlər nəzərdə tutulur.

Yeni tədris ilinin bir ay yarımı geridə qalmasına baxmayaraq, sözügedən məsələ hələ də həllini tapmayıb.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru, təhsil eksperti İlqar Orucov bildirdi ki, Təhsilin İnkişaf Fondunun belə bir layihəsi mövcud idi və bu istiqamətdə hazırlıqlar gedirdi:

“Mən, doğrusu, hazırda həmin layihənin nə yerdə olması ilə bağlı məlumata malik deyiləm. Amma bütün hallarda düşünürəm ki, Azərbaycan müəllimləri üçün müəyyən güzəştlərin olması çox vacibdir. O, təkcə müəllimlər üçün deyil, eyni zamanda tələbələr üçün də böyük əhəmiyyətə malikdir. Biz dünyanın fərqli ölkələrində bu cür mənzərə ilə rastlaşırıq. Bu, əslində təhsilə olan münasibət deməkdir, bu, təhsilə olan qayğı deməkdir və eyni zamanda müəllim əməyinə önəm verilməsi deməkdir”.

Müsahibimiz ümid edir ki, belə bir layihə reallaşacaq:

“Çünki, qeyd etdiyim kimi, o, çox faydalı bir layihə ola bilər. Hazırda Təhsilin İnkişaf Fondunun rəhbərliyi dəyişib, amma hesab edirəm ki, hansısa qurumda rəhbər və kadr dəyişikliyi əvvəllər başlanılmış nəcib bir missiyaya, hansı ki, onunla bağlı hazırlıqlara start verilmişdi, son verilməsi üçün əsas ola bilməz. Bu mənada mən Elm və Təhsil Nazirliyinin müəllimlərə yönəlik bu aksiyaya dəstək verməsini arzu edərdim. Təbii ki, sualın sonunda qeyd edirsiniz: onun reallaşması lazımlıdırmı? Düşünürəm ki, bəli, lazımlıdır, həm də çox lazımlıdır”.

Qeyd edək ki, hazırda Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İlqar Bayramlıdır.

Oxşarxəbərlər

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi
CƏMİYYƏT

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi

18/02/2026 17:23
50
“Restoranlar çox qazanc əldə eləmək üçün bu salatları toydan toya ötürürlər” – Qida eksperti
CƏMİYYƏT

“Restoranlar çox qazanc əldə eləmək üçün bu salatları toydan toya ötürürlər” – Qida eksperti

18/02/2026 13:54
57
Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu
Dünya

Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu

18/02/2026 13:48
51
ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi
İdman

ABŞ səfirliyi Nəriman Axundzadəni təbrik etdi

18/02/2026 13:46
53
Nikol Paşinyan ABŞ-a getdi
Manşet

Nikol Paşinyan ABŞ-a getdi

18/02/2026 13:35
53
Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb
Dünya

Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb

18/02/2026 13:26
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi

Suyun qiyməti ilə bağlı Tarif Şurasına müraciət edildi – Rəsmi

18/02/2026 17:23
50
Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı

Minaya düşən ANAMA əməkdaşının son durumu açıqlandı

18/02/2026 17:15
52
Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü, saxlanıldı – FOTO

Çay evində vurduğu şəxs pilləkəndən yıxılıb öldü, saxlanıldı – FOTO

18/02/2026 16:57
53
Həbs ediləcəyi deyilən Vüqar Qurbanov haqda mühüm gəlişmə – “Ciddi məqamlar var”

Həbs ediləcəyi deyilən Vüqar Qurbanov haqda mühüm gəlişmə – “Ciddi məqamlar var”

18/02/2026 16:51
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu

Qərbin Planlarına Etiraz: Zaxarova Açıqlaması ilə Gündəm Oldu

18/02/2026 13:48
51

Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb

Ərdoğandan Tarixi Mesaj: Türkiyə Heç Zaman Müstəmləkə Siyasəti Aparmayıb

18/02/2026 13:26
52

Medinski Cenevrə Danışıqlarını Dəyərləndirdi: Çətin, Amma Peşəkar

Medinski Cenevrə Danışıqlarını Dəyərləndirdi: Çətin, Amma Peşəkar

18/02/2026 12:58
50

Cəbhədə Yeni Dəyişiklik: Rusiya Qüvvələri Daha İki Məntəqəni Ələ Keçirdi

Cəbhədə Yeni Dəyişiklik: Rusiya Qüvvələri Daha İki Məntəqəni Ələ Keçirdi

18/02/2026 12:10
50

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In