Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb

21/09/2026 20:17
CƏMİYYƏT, Manşet
833 17
Paytaxtın mərkəzində eskalator məngənəsi – sakinlər parka həsrət qalıb
703
Paylaşım sayı
977
Baxış sayı

Bakının ən gözəl və mərkəzi məkanlarından biri — Mərkəzi Bankın qarşısında, Heydər Əliyev Sarayı ilə üzbəüz yerləşən Heydər Əliyev parkı şəhər sakinlərinin və qonaqlarının ən çox üz tutduğu istirahət guşələrindəndir. Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin ucaldığı bu geniş və mənzərəli park həm də sakitliyi, təmiz havası və günəşli mühiti ilə seçilir. Lakin son zamanlar parkın yeraltı keçidlərində yaşanan bir problem sakinlərin istirahətinə kölgə salır.

“28 May” metrostansiyası istiqamətindən Heydər Əliyev Sarayı və parka doğru yönələn yeraltı keçidlərin çıxışlarındakı eskalatorların heç biri işləmir. Dörd fərqli çıxışda yerləşdirilən bu müasir eskalatorlar sadəcə hərəkətsiz pilləkən rolunu oynayır.

Yaşlılar və uşaqlı analar əziyyət çəkir

Musavat.com əməkdaşının ərazidə müşahidə apardığı zaman parkda az insan var idi. Bura gəlmək istəyən sakinlərin, xüsusilə də yaşlı insanların və körpə arabası (uşaq arabası) ilə gəzintiyə çıxan gənc anaların yeraltı keçidlərdən istifadə etməsi böyük çətinliyə çevrilib.

007d0363-d209-4469-9996-02d650fbd497.jpeg (186 KB)

Parkda həmsöhbət olduğumuz yaşlı sakinlərin sözlərinə görə, onlar hər gün bura gəlib təmiz hava almaq, günəşli havada istirahət etmək istəsələr də, eskalatorların işləməməsi səbəbindən pilləkənləri qalxıb-enməkdə çətinlik çəkirlər: “Biz hər gün bu gözəl parkda dincəlmək istəyirik. Amma eskalatorlar işləmədiyi üçün bura gəlmək bizim üçün böyük əziyyətdir”.

Oxşar narazılığı uşaq arabası ilə parkdan faydalanmaq istəyən gənc analar da dilə gətirirlər. Ağır uşaq arabalarını işləməyən eskalatorlar və ya pilləkənlərlə daşımaq məcburiyyətində qalan valideynlər haqlı olaraq sual edirlər: “Əgər biz bu infrastrukturdan rahat istifadə edə bilməyəcəyiksə, bu gözəl park və modern keçidlər kimin üçündür? Niyə paytaxt sakinləri bu şəraitdən yararlana bilmir?”

Sarayın və parkın nüfuzuna xələl gətirən mənzərə

Paytaxtın mərkəzində yerləşən və hər gün çox sayda sakinin istifadə etdiyi bu ərazidə eskalatorların uzun müddət işləməməsi həm əlçatanlıq, həm də şəhər mühitinin ümumi vəziyyəti baxımından suallar yaradır.

Üstəlik, Ulu Öndər Heydər Əliyevin adını daşıyan belə mühüm bir məkanın və Heydər Əliyev Sarayının ətrafında bu cür baxımsızlığın yaşanması həm də ərazinin ümumi görünüşünə və nüfuzuna xələl gətirir.
Söhbət yalnız eskalatorların işləməsindən getmir. Müasir şəhər infrastrukturu insanların, xüsusilə yaşlıların, uşaqların və uşaq arabası ilə hərəkət edən valideynlərin rahat və təhlükəsiz şəkildə məkana çıxışını təmin etməlidir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib. Belə bir ildə paytaxtın mərkəzində yerləşən, insanların gündəlik istifadə etdiyi infrastruktur obyektlərində bu cür problemlərin qalması şəhərsalma və müasir şəhər mühiti ilə bağlı qarşıya qoyulan məqsədlərin nə dərəcədə həyata keçirildiyi sualını da gündəmə gətirir. Sakinlər aidiyyəti qurumlardan yeraltı keçidlərdəki eskalatorların təmir olunaraq qısa müddətdə yenidən istifadəyə verilməsini istəyirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib, cavablandırıldığı təqdirdə yayımlanacaq.//musavat.com

Oxşarxəbərlər

Sumqayıtda maşın piyadanı vurub öldürdü
Hadisə

Sumqayıtda maşın piyadanı vurub öldürdü

21/09/2026 22:25
1k
Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ
CƏMİYYƏT

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
976
“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO
CƏMİYYƏT

“Elmlər”də izdiham: Avtobuslar gecikdi, sıxlıq yarandı- VİDEO

21/09/2026 21:04
971
DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

21/09/2026 20:53
964
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı
Manşet

Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı

21/09/2026 20:39
962
İran hədələdi: “Müharibənin coğrafiyasını dəyişəcəyik”
Dünya

İran hədələdi: “Müharibənin coğrafiyasını dəyişəcəyik”

21/09/2026 20:00
961

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda maşın piyadanı vurub öldürdü

Sumqayıtda maşın piyadanı vurub öldürdü

21/09/2026 22:25
1k
ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…

ABŞ-dan İranla bağlı qorxunc qərar: Sentyabrın 23-dən etibarən…

21/09/2026 22:19
1k
Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

Səhər yola çıxacaq sürücülərə XƏBƏRDARLIQ

21/09/2026 22:09
976
Qurban Qurbanovla bağlı ŞOK DETAL – Rəsmən açıqlandı

Qurban Qurbanovla bağlı ŞOK DETAL – Rəsmən açıqlandı

21/09/2026 22:00
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.