Dmitri Peskov Ukraynanın danışıqlar yolu ilə deyil, öz xətti ilə davam etdiyini bildirib.
Gündəm24.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvaya edilən kütləvi dron hücumunu şərh edərkən Ukrayna ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Peskov bildirib ki, Kiyev rəhbərliyi danışıqlar yolunu seçmək əvəzinə hazırkı kursunu davam etdirir. O, “Kiyev rejimi öz xəttini davam etdirir, bu, danışıqlar xətti deyil” deyərək Ukraynanın mövqeyini tənqid edib.
Kreml sözçüsünün sözlərinə görə, Ukrayna hazırda olduqca çətin vəziyyətlə üz-üzədir və cəbhədəki vəziyyət yaxın vaxtlarda Kiyev üçün daha ağır nəticələrə səbəb ola bilər.
“Kiyev rejimi çox çətin vəziyyətdədir. Cəbhədəki vəziyyət tezliklə Ukrayna tərəfi üçün olduqca fəlakətli olacaq. Məsələ burasındadır”, – deyə Peskov vurğulayıb.
Sədaqət Həsənova














