Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 14 nəfər saxlanılıb.
Gündəm24.az Daxili İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir.
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi silsilə tədbirlər nəticəsində qanunsuz əməllərdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Onlardan ümumilikdə 6 kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və həblər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.














