Mirsaleh Miradil oğlu Seyidov ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilib.
Gündəm24.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
İlham Əliyevin digər sərəncamı ilə Sahib Cəlil oğlu Rzayev ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib.
Qeyd edək ki, Sahib Rzayev indiyə qədər Ədliyyə Nazirliyin İstintaq İdarəsinin rəisi olub.













