Cümə, Oktyabr 9, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Prezidentdən gözlənilən ŞAD XƏBƏR – Nələr dəyişəcək?

08/10/2026 11:10
Manşet, Siyasət
863 9
Prezidentdən gözlənilən ŞAD XƏBƏR – Nələr dəyişəcək?
721
Paylaşım sayı
1k
Baxış sayı

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədlərinin tətbiq ediləcəyi müddət dəyişib.

Gündəm24.az  xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri sentyabrın 1-dən deyil, oktyabrın 10-dan tətbiq olunacaq.

Qeyd edək ki, büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri aşağıdakılardır:

  • vəzifə maaşına əlavələr – təqvim ayı ərzində hər bir işçiyə münasibətdə onun aylıq vəzifə maaşının 1,0 mislinədək;
  • mükafat və digər ödənişlər – təqvim ili ərzində illik əməkhaqqı fondunun 20 faizinədək.

Gündəm24.az  xəbər verir ki,  məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, müasir dövrdə dövlət maliyyəsinin idarə olunması sistemində şəffaflığın, hesabatlılığın və səmərəliliyin artırılması istiqamətində həyata keçirilən ardıcıl islahatlar xüsusi əhəmiyyət daşıyır: “Dövlət büdcəsindən maliyyələşən təşkilatların və məqsədli büdcə fondlarının sərəncamında olan büdcədənkənar vəsaitlərin istifadə mexanizmlərinin təkmilləşdirilməsi, ilk növbədə, ölkə iqtisadiyyatında maliyyə intizamının daha da gücləndirilməsinə xidmət edir. İmzalanan bu fərman dövlət sektorunda çalışan işçilərin əməkhaqlarına əlavələrin, mükafatların və digər stimullaşdırıcı ödənişlərin tənzimlənməsində vahid yanaşmanın təmin olunması baxımından mühüm hüquqi baza yaradır. Büdcədənkənar vəsaitlərin xərclənməsi prosesinin müəyyən edilmiş yuxarı hədlər çərçivəsində tənzimlənməsi həm dövlət maliyyəsinin optimallaşdırılmasına, həm də vəsaitlərdən təyinatı üzrə və qənaətlə istifadə olunmasına şərait yaradır. Aparılan təhlillər göstərir ki, bu cür tənzimləmələr həm də qurumların daxili imkanları ilə büdcə imkanlarının balanslaşdırılmasına xidmət edir, eyni zamanda işçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, xərclərin nəzarətdə saxlanılmasını təmin edir”.

Onun sözlərinə görə, tətbiq müddətinin sentyabrın 1-dən oktyabrın 10-na keçirilməsi təşkilatların texniki, inzibati və mühasibatlıq sistemlərinin yeni qaydalara tam uyğunlaşdırılması üçün zəruri olan vaxt amili ilə birbaşa bağlıdır: “Hər hansı yeni mexanizmin və ya məhdudiyyətin tətbiqi zamanı dövlət qurumlarında və büdcədənkənar fondlarda müvafiq proqram təminatlarının yenilənməsi, daxili təlimatların hazırlanması və sənədləşmə işlərinin mövcud tələblərə uyğunlaşdırılması müəyyən zaman tələb edir. Bu baxımdan, müddətin qismən dəyişdirilməsi qurumların fəaliyyətində hər hansı texniki çətinliklərin və ya tətbiq qüsurlarının yaranmasının qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, bu dəyişiklik maliyyə ilinin müvafiq dövrü üçün planlaşdırma işlərinin daha dəqiq və əsaslandırılmış şəkildə aparılmasına imkan verir. İnanıram ki, qarşıdakı dövrdə bu mexanizmin tətbiqi dövlət qurumlarında əmək haqqı və mükafatlandırma prosesini daha şəffaf və idarəolunan edəcək, eyni zamanda büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət mexanizmlərini daha da gücləndirəcəkdir”.

Oxşarxəbərlər

Bu avtobusların yolu DƏYİŞDİRİLDİ
CƏMİYYƏT

Bu avtobusların yolu DƏYİŞDİRİLDİ

09/10/2026 09:29
952
Bu yolla ÇOX BÖYÜK GƏLİR əldə edə bilərsiz — Gizli Reallıq
CƏMİYYƏT

Bu yolla ÇOX BÖYÜK GƏLİR əldə edə bilərsiz — Gizli Reallıq

09/10/2026 09:18
966
Pulunu banka qoymaq istəyənlər OXUSUN — Bu seçim daha çox qazandırır
CƏMİYYƏT

Pulunu banka qoymaq istəyənlər OXUSUN — Bu seçim daha çox qazandırır

09/10/2026 09:10
963
Milli Qəhrəmanın atası vəfat etdi – FOTO
Hadisə

Milli Qəhrəmanın atası vəfat etdi – FOTO

09/10/2026 09:08
952
Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR
CƏMİYYƏT

Yüz minlərlə vətəndaşa şad xəbər! – Maaşlar və digər ödənişlər ARTIR

09/10/2026 09:05
952
İlham Əliyevin hesabında TRAMPLA BAĞLI PAYLAŞIM edildi — FOTO
Manşet

İlham Əliyevin hesabında TRAMPLA BAĞLI PAYLAŞIM edildi — FOTO

09/10/2026 09:04
962

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu avtobusların yolu DƏYİŞDİRİLDİ

Bu avtobusların yolu DƏYİŞDİRİLDİ

09/10/2026 09:29
952
Bu yolla ÇOX BÖYÜK GƏLİR əldə edə bilərsiz — Gizli Reallıq

Bu yolla ÇOX BÖYÜK GƏLİR əldə edə bilərsiz — Gizli Reallıq

09/10/2026 09:18
966
Pulunu banka qoymaq istəyənlər OXUSUN — Bu seçim daha çox qazandırır

Pulunu banka qoymaq istəyənlər OXUSUN — Bu seçim daha çox qazandırır

09/10/2026 09:10
963
Milli Qəhrəmanın atası vəfat etdi – FOTO

Milli Qəhrəmanın atası vəfat etdi – FOTO

09/10/2026 09:08
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan: Xoşkotan kəndi

Qərbi Azərbaycan: Xoşkotan kəndi

09/10/2026 08:25
953

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

Melonidən seçki gedişi: İtaliyada qaydalar dəyişdi

08/10/2026 15:25
956

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

Kiyev və Moskva danışıqlar masasına oturur? — Politoloqdan XƏBƏRDARLIQ

08/10/2026 14:58
972

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

Xarkovda ŞOK əməliyyat: Kolumbiyalı muzdlular hədəfə alındı

08/10/2026 09:25
961

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.