Cümə axşamı, May 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının sədrinə vəzifə verildi

17/12/2025 02:14
Manşet, Qərbi Azərbaycan
56 4
Qərbi Azərbaycan İcması Qəyyumlar Şurasının sədrinə vəzifə verildi
76
Baxış sayı

Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni formalaşdırılmış tərkibinin ilk iclasında rəhbərlik məsələsinə baxılıb. İclasın yekununda keçirilən səsvermə nəticəsində Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Mürvət Tapdıq oğlu Həsənli İctimai Şuranın sədri vəzifəsinə yekdilliklə seçilib.

Qərbi Azərbaycan İcması adından Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri Mürvət Həsənlinin bu məsuliyyətli və mühüm vəzifəyə seçilməsini məmnunluqla qarşılayır və onu ürəkdən təbrik edirik.

Mürvət Həsənli aqrar sahədə uzunillik fəaliyyəti, real sektor üzrə praktiki təcrübəsi və ictimai institutlarla işləmək bacarığı ilə seçilən tanınmış mütəxəssisdir. İnanırıq ki, onun rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şura dövlət qurumları ilə ictimaiyyət arasında dialoqun daha da güclənməsinə, sahə üzrə qərarların qəbulunda ictimai iştirakçılığın genişlənməsinə və aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə verəcək.

Qərbi Azərbaycan İcmasının Qəyyumlar Şurasının sədri kimi Mürvət Həsənlinin fəaliyyəti onun ictimai etimada əsaslanan prinsipial mövqeyi və məsuliyyətli yanaşması ilə yanaşı, sonsuz vətənpərvərliyi və dövlətçiliyimizə sədaqəti ilə bağlıdır. Bu etimadın yeni platformada da uğurla doğruldulacağına əminik.

Qeyd edək ki, Mürvət Tapdıq oğlu Həsənli 23 noyabr 1970-ci ildə Qərbi Azərbaycanda – Çəmbərək rayonunun Ağbulaq kəndində anadan olub. Hərbi xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə Gəncə şəhərində başlayıb.1997-ci ildə Gəncə Kənd Təsərrüfatı Akademiyasının (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) iqtisadiyyat fakültəsini bitirib. Sonrakı illərdə sahibkarlıq fəaliyyətini iaşə sektorunda davam etdirərək “Xəmsə” restoranını yaradıb. 2008-ci ildən etibarən kənd təsərrüfatı sahəsində biznes fəaliyyəti ilə məşğul olub və bu sahədə uğurlu nəticələr əldə edib. 2022-ci ilin fevral ayından isə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri kimi fəaliyyət göstərir.

Mürvət müəllimə Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri kimi yeni vəzifəsində uğurlar arzulayır, ona möhkəm cansağlığı və davamlı nailiyyətlər diləyirik.

Oxşarxəbərlər

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO
Manşet

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

28/05/2026 14:30
52
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib
Manşet

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

28/05/2026 14:18
52
PREZİDENTLƏR DANIŞDILAR:Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?
Manşet

PREZİDENTLƏR DANIŞDILAR:Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?

28/05/2026 13:54
50
Prezident İlham Əliyev Şuşaya getdi
Manşet

Prezident İlham Əliyev Şuşaya getdi

28/05/2026 12:31
52
Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?
Manşet

Prezidentin Sərəncamı ilə irimiqyaslı islahatlar gəlir — Yeni mərhələ NƏLƏRİ DƏYİŞƏCƏK?

28/05/2026 10:51
55
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı
Dünya

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

Bu yerlərdə saxlanılan dərmanlar zəhərə çevrilir

28/05/2026 14:42
51
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb – FOTO

28/05/2026 14:30
52
Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarır

Paşinyan yenə gəlmədi – Putin müzakirəyə çıxarır

28/05/2026 14:23
51
Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

28/05/2026 14:18
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

TƏCİLİ: İsrail Tir şəhərini bombaladı – Livanda vəziyyət yenidən alovlandı

28/05/2026 08:28
62

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

TƏCİLİ: Fransada təhlükəli istilər – 8 əyalətdə “narıncı” xəbərdarlıq

28/05/2026 08:13
52

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

Stokholmda Azərbaycan gecəsi: İsveçli rejissorun gözü ilə Qərbi Azərbaycan yaddaşı-FOTOLAR

27/05/2026 11:04
81

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

ŞOK RƏQƏMLƏR: Rusiyalı diplomat son bir həftədə 50-dən çox mülki şəxsin öldüyünü açıqladı

26/05/2026 09:44
56

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In