Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib.
Gündəm24.az xəbər verir ki, sənətçi bu barədə “Sevilən səhər” proqramında danışıb.
“Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olması ən vacibdir və onu xoşbəxt eləyir. Bu, dost, həyat yoldaşı, sevgili ola bilər. Bəzən birgə adımlayırıq, amma bir də dönüb geriyə baxanda görürük ki, güvəndiyimiz insan heç arxamızda da deyilmiş, başqa bir yolla gedirmiş. Biz elə hesab eləmişik ki, o bizim yanımızdadır. Ona görə də qadını rahatlaşdıran və xoşbəxt eləyən onun güvəndə olmaq hissidir.
Övladları tərəfindən də güvəndə ola bilər. Bunun qədər qadını xoşbəxt edən və rahatlaşdıran ikinci hissi mən tanımıram” deyə, Lalə Məmmədova bildirib.\axsam














