Çərşənbə axşamı, Oktyabr 27, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

QAI-nın Sumqayıt Nümayəndəliyində ilin yekunlarına dair tədbir keçirilib

15/12/2025 13:00
Manşet, Özəl, Qərbi Azərbaycan
891 9
QAI-nın Sumqayıt Nümayəndəliyində  ilin yekunlarına dair tədbir keçirilib
744
Paylaşım sayı
1k
Baxış sayı

Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyində 2025-ci ilin yekunlarına və il ərzində görülmüş işlərə dair geniş hesabat xarakterli iclas keçirilib. Tədbirdə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin İdarə Heyətinin üzvləri, qəsəbə icmalarının sədrləri, ağsaqqallar, qadınlar və gənclər şuralarının nümayəndələri, eləcə də şəhər ictimaiyyətinin fəalları iştirak ediblər.


İclasdan öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhər nümayəndəliyinin sədri Ramiz İsmayılov 2025-ci il ərzində nümayəndəlik tərəfindən həyata keçirilmiş fəaliyyətlər barədə ətraflı hesabatla çıxış edib. O, qeyd edib ki, il ərzində Qərbi Azərbaycan həqiqətlərinin təbliği, deportasiya olunmuş soydaşlarımızın tarixi yaddaşının qorunması, ictimai-siyasi maarifləndirmə və təşkilatlanma istiqamətində mühüm işlər görülüb. Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi olaraq 2025-ci il ərzində fəaliyyətimizi sistemli və məqsədyönlü şəkildə qurmağa çalışmışıq. İl ərzində nümayəndəliyimizdə 9 iclas, 20-dən artıq ictimai və maarifləndirici tədbir keçirilmiş, şəhər və ölkə səviyyəli 24 müxtəlif tədbirdə fəal iştirak təmin olunmuşdur.

Eyni zamanda, sosial yönümlü fəaliyyətimiz xüsusi diqqətdə saxlanılmışdır. Son iki il ərzində müraciət edən 131 nəfər Qərbi Azərbaycanlının işlə təmin olunmasına dəstək göstərilmiş, sağlamlıq və məişət problemləri ilə bağlı müraciətlərə mütəmadi baxılmışdır. Aparılan siyahıyaalma işləri nəticəsində Sumqayıt şəhərində 129 mindən artıq Qərbi Azərbaycanlının yaşadığı müəyyən edilmiş, onların tarixi yurd yerləri üzrə bölgüsü sistemləşdirilmişdir. Bu rəqəmlər bizim üzərimizə düşən məsuliyyətin miqyasını daha da artırır və bir daha göstərir ki, qarşıdakı illərdə fəaliyyətimizi daha da gücləndirməliyik.

Ramiz İsmayılov çıxışında vurğulayıb ki, nümayəndəlik tərəfindən müxtəlif formatlarda — dəyirmi masalar, anım tədbirləri, ictimai müzakirələr, maarifləndirici görüşlər və mədəni tədbirlər təşkil olunub. Bu tədbirlər Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra Corat qəsəbə icmasının sədri Nazim Hüseynov çıxış edərək qəsəbə üzrə aparılan təşkilati işlər, əhali ilə keçirilən görüşlər və yerli icmanın fəallaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Onun çıxışında Corat qəsəbəsi üzrə Ağsaqqallar Şurası, Qadınlar Şurası və Gənclər Şurasının yaradılması təklifi irəli sürülüb.

Müzakirələrdən sonra qeyd olunan şuraların yaradılması məsələsi iştirakçılar tərəfindən geniş şəkildə dəstəklənib və yekdilliklə qəbul edilib. Bu qərar yerli icma fəaliyyətinin daha sistemli və davamlı şəkildə təşkilinə xidmət edən mühüm addım kimi qiymətləndirilib.

Mədəni irsin qorunması və təbliği ilə bağlı çıxış edən nümayəndəliyin İdarə heyətinin üzvü Akif Şahbazov çıxışında Qərbi Azərbaycan mədəni irsinin, xüsusilə də Qərbi Azərbaycan yallılarının qorunması və gələcək nəsillərə ötürülməsinin vacibliyini ön plana çəkib. O bildirib ki, yallılar təkcə folklor nümunəsi deyil, həm də deportasiya olunmuş soydaşlarımızın tarixi kimliyini və birliyini ifadə edən mühüm mədəni dəyərdir.

Akif Şahbazov bu istiqamətdə yallılara həsr olunmuş xüsusi mədəni-kütləvi tədbirin keçirilməsini təklif edib. Təklif iştirakçılar tərəfindən müsbət qarşılanıb və gələcək fəaliyyət planına salınması məqsədəuyğun hesab edilib.

Media və informasiya siyasətinin vacibliyini əsas məsələ hesab edən nümayəndəliyin sədr müavini İlkin Şirinov çıxışında 2025-ci il ərzində icmanın mətbuat və media ilə əlaqələri barədə ətraflı məlumat verib. O qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin ictimaiyyətə düzgün və sistemli çatdırılması üçün yerli və respublika səviyyəli media qurumları ilə əməkdaşlıq genişləndirilib. İlkin Şirinov vurğulayıb ki, yazılı və elektron mediada, eləcə də sosial şəbəkələrdə aparılan maarifləndirici fəaliyyət icmanın tanınmasına və mövqeyinin güclənməsinə ciddi töhfə verib. Bu istiqamətdə fəaliyyətin daha da intensivləşdirilməsinin vacibliyi qeyd olunub.

İclasda Sumqayıt şəhər Corat qəsəbəsi üzrə icra nümayəndəsi Elvariz Əliyev və Tağıyev qəsəbəsinin icra nümayəndəsi Lalə Hacıyeva çıxış edərək, Qərbi Azərbaycan İcmasının fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar icmanın həyata keçirdiyi tədbirlərin ictimai əhəmiyyətini vurğulayaraq, yerli icra strukturlarının gələcəkdə də bu fəaliyyətlərə dəstək göstərməyə hazır olduqlarını bildiriblər.

İcmada Gənclərin rolu və gələcək perspektivlərindən danışan QAİ Sumqayıt nümayəndəliyinin Gənclər Şurasının sədri Fuad Məmmədov çıxışında gənclərin Qərbi Azərbaycan məsələsində fəal mövqeyinin formalaşdırılmasının vacibliyindən danışıb. O qeyd edib ki, gənclər milli yaddaşın qorunması, tarixi həqiqətlərin təbliği və ictimai təşəbbüslərin həyata keçirilməsində aparıcı qüvvə olmalıdır.

Tədbirin sonunda Sevindik Hüseynov çıxış edərək, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində QAİ Sumqayıt nümayəndəliyinin fəaliyyətini nümunəvi hesab edib və bu işlərin digər şəhər və rayon nümayəndəlikləri üçün örnək olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu gün 80 yaşı olmasına baxmayaraq, ictimai və təşkilati fəaliyyətlərdə fəal iştirakını davam etdirir. Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin 2025-ci il ərzində gördüyü işlər bir daha göstərir ki, birliyimiz və məqsədyönlü fəaliyyətimiz nəticəsində mühüm nailiyyətlər əldə olunmuşdur.

Müzakirələrin yekununda Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin 2025-ci il üzrə fəaliyyəti iştirakçılar tərəfindən yekdilliklə yüksək qiymətləndirilmiş, qarşıdakı dövr üçün fəaliyyətin daha da gücləndirilməsi ilə bağlı müvafiq tövsiyələr qəbul olunmuşdur.

Oxşarxəbərlər

Xalq artistinin son durumu AÇIQLANDI
CƏMİYYƏT

Xalq artistinin son durumu AÇIQLANDI

27/10/2026 12:44
956
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto
Hadisə

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

27/10/2026 12:28
954
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK
CƏMİYYƏT

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

27/10/2026 12:12
954
Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar
CƏMİYYƏT

Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

27/10/2026 11:27
954
Milli Məclisin növbəti plenar iclası keçirilir
CƏMİYYƏT

Milli Məclisin növbəti plenar iclası keçirilir

27/10/2026 11:10
955
Bakıda söküntü işləri BAŞLADI — VİDEO
CƏMİYYƏT

Bakıda söküntü işləri BAŞLADI — VİDEO

27/10/2026 11:05
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xalq artistinin son durumu AÇIQLANDI

Xalq artistinin son durumu AÇIQLANDI

27/10/2026 12:44
956
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü – Foto

27/10/2026 12:28
954
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK

27/10/2026 12:12
954
Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı yeni qərar

27/10/2026 11:27
954

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

Qərbi Azərbaycanın Zeytə kəndi – Dərələyəzin unudulmayan tarixi

27/10/2026 08:52
958

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

Sumqayıtda YAP-ın siyasi xətti, gənclər siyasəti və Qərbi Azərbaycan həqiqətləri müzakirə olunub-FOTOLAR

26/10/2026 13:56
1.1k

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
960

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
995

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.