Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Qida yuxuya təsir edir? – EKSPERT AÇIQLADI

03/06/2026 13:22
Manşet, Müsahibə
843 9
Qida yuxuya təsir edir? – EKSPERT AÇIQLADI
705
Paylaşım sayı
979
Baxış sayı

“Qidanın yuxuya təsiri birbaşa xarakter daşıyır. El arasında belə bir deyim var ki, “ac adam yata bilməz”. Bu, sadəcə xalq arasında deyilən bir ifadə deyil, eyni zamanda elmi əsasları olan bir məsələdir. İnsan ac olduqda bu vəziyyət həm stress hormonlarına, həm yuxu hormonlarına, həm də rahatlıq hissini təmin edən mexanizmlərə təsir göstərir”.

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu baxımdan qidalanma insanların gecə yuxusunun keyfiyyətinə birbaşa təsir edir: “Bu gün insanlar üçün normal hesab olunan 7-8 saatlıq yuxu rejimi getdikcə daha çox pozulur. Bunun əsas səbəblərindən biri də düzgün olmayan qidalanmadır. İnsanlar gecə saatlarında, xüsusilə saat 1, 2 və ya 3 radələrində müxtəlif fast-food məhsulları, yağlı yeməklər, yüksək kalorili və karbohidratla zəngin qidalar qəbul edirlər. Bununla yanaşı, qazlı, enerjiverici və kofeinli içkilərdən istifadə olunur. Daha sonra isə yuxusuzluqdan, gec yatmaqdan və ya keyfiyyətsiz yuxudan şikayət edirlər.

Əslində, yuxuya müsbət və mənfi təsir edən qidalar haqqında əksər insanlar müəyyən məlumatlara malikdir. Məsələn, kofein tərkibli məhsullar – qəhvə, kakao və enerji içkiləri – yuxunun pozulmasına səbəb ola bilər. Buna görə də uzun məsafə qət edən sürücülər və gecə işləyən insanlar ayıq qalmaq üçün bu məhsullardan istifadə edirlər.

Digər tərəfdən, yağlı və ağır həzm olunan qidalar da yuxunun keyfiyyətini aşağı salır. Xüsusilə gecə saatlarında kabab, qızartma və çox yağlı yeməklərin qəbulu mədənin fəaliyyətini çətinləşdirir və insanın rahat yatmasına mane olur. Buna görə də mütəxəssislər yatmazdan ən azı iki saat əvvəl qidalanmağı tövsiyə edirlər.

Bəzən insan yatmaq istəsə də, qarın nahiyəsində ağırlıq, köp və ya ağrı hiss edir. Bu da əksər hallarda gec saatlarda qəbul edilən ağır yeməklərlə bağlı olur.

Yuxuya müsbət təsir edən qidalar da mövcuddur. Süd məhsulları, xüsusilə qatıq, yuxunun keyfiyyətinə müsbət təsir göstərə bilər. Həmçinin qoz-fındıq kimi çərəzlər də yuxuya mane olmur və orqanizmin rahatlamasına kömək edir. Banan da bu baxımdan faydalı qidalardan hesab olunur. Onun tərkibində olan maqnezium sinir sistemini sakitləşdirməyə və əzələlərin boşalmasına kömək edir. Bu isə rahat yuxuya getməyi asanlaşdırır.

Bu baxımdan ağır və yağlı qidaların gecə saatlarında qəbulundan çəkinmək lazımdır. Çünki bu cür qidalar həm mədə-bağırsaq sisteminə, həm də yuxunun keyfiyyətinə mənfi təsir göstərir.

Beləliklə, sağlam və keyfiyyətli yuxu üçün düzgün qidalanma vacib şərtlərdən biridir. Gecə saatlarında yüngül qidalar qəbul etmək, qazlı və spirtli içkilərdən, eləcə də kofein tərkibli məhsullardan uzaq durmaq tövsiyə olunur. Ardıcıl şəkildə qəhvə içmək, enerji içkilərindən istifadə etmək və ağır yeməklər yemək isə yuxunun pozulmasına və ümumi sağlamlığın zəifləməsinə səbəb ola bilər”.

Oxşarxəbərlər

77 şagird dönərdən zəhərləndi
Dünya

77 şagird dönərdən zəhərləndi

17/10/2026 09:41
954
Türkiyədə ara qarışdı – Axtarışlar başladı
Dünya

Türkiyədə ara qarışdı – Axtarışlar başladı

17/10/2026 09:21
953
Füzulinin işğaldan azad olunmasından altı il ötür
Manşet

Füzulinin işğaldan azad olunmasından altı il ötür

17/10/2026 09:12
951
Minimum əməkhaqqı nə qədər arta bilər? – Video
İqtisadiyyat

Minimum əməkhaqqı nə qədər arta bilər? – Video

17/10/2026 08:20
951
Minimum əməkhaqqı nə qədər arta bilər? – Video
İqtisadiyyat

Minimum əməkhaqqı nə qədər arta bilər? – Video

17/10/2026 08:20
951
“Sakitliyim xəbərsizliyim deyil”
Manşet

“Sakitliyim xəbərsizliyim deyil”

17/10/2026 08:20
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

77 şagird dönərdən zəhərləndi

77 şagird dönərdən zəhərləndi

17/10/2026 09:41
954
Türkiyədə ara qarışdı – Axtarışlar başladı

Türkiyədə ara qarışdı – Axtarışlar başladı

17/10/2026 09:21
953
Füzulinin işğaldan azad olunmasından altı il ötür

Füzulinin işğaldan azad olunmasından altı il ötür

17/10/2026 09:12
951
Minimum əməkhaqqı nə qədər arta bilər? – Video

Minimum əməkhaqqı nə qədər arta bilər? – Video

17/10/2026 08:20
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
974

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
981

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.