Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az “Report”a istinadən xəbər verir ki, Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.
Beləki hərəkətdə olan “VAZ-2106” və “Toyota Prado” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.














