Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün dayandırılmasının mümkün nəticələrinə dair hesabat hazırlayıblar.
Gündəm24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, hesabat Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya prezidentlərinin 29 may 2026-cı il tarixli birgə bəyanatına uyğun olaraq hazırlanıb. Sənəddə Ermənistan Respublikasına münasibətdə 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi Birliyi haqqında Müqavilənin dayandırılmasının mümkün nəticələri araşdırılıb.
Hesabatda Ermənistanın Avropa İttifaqına (Aİ) qoşulmaq istiqamətində atdığı addımlar, AİB və Aİ-nin hüquqi rejimlərinin uyğunluğu təhlil edilib. Xüsusilə Ermənistanın AİB çərçivəsində mövcud öhdəlikləri ilə Aİ-yə üzvlük prosesində yarana biləcək öhdəliklər arasındakı münasibətlərə diqqət yetirilib. Bundan əlavə, sənəddə Ermənistanın Aİ-yə qoşulmaq qərarından irəli gələn risklərin qarşısını almaq üçün nəzərdə tutulan hüquqi mexanizmlər və ölkənin AİB-də üzvlüyünün dayandırılmasının mümkün nəticələri qiymətləndirilib.//sfera.az














