Çərşənbə, Oktyabr 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI

20/02/2026 13:36
Manşet, Müsahibə, Sağlamlıq
804 43
“Sağlamlıq ucuz məhsula qurban verilməməlidir” – EKSPERT DANIŞDI
701
Paylaşım sayı
973
Baxış sayı

“Ölkəmizdə qida təhlükəsizliyi məsələsi artıq uzun müddətdir müzakirə olunan ciddi problemlərdən biridir. Müxtəlif sahələrdə qida ilə bağlı risklər müşahidə olunur və bu, cəmiyyət üçün real təhlükə yaradır”.

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, çox sadə bir həqiqət var: bu gün ucuz görünən qida sabah daha bahalı sağlamlıq problemi ilə nəticələnə bilər. İnsanlar məhsulu ucuz olduğuna görə alır, lakin onun keyfiyyəti, saxlanma şəraiti və mənşəyi barədə maraqlanmırlar. Nəticədə isə sağlamlıqlarını risk altına atırlar: “Digər mühüm məsələ nəzarətsiz satış nöqtələridir. Xüsusilə yol kənarlarında, metro qarşılarında və bəzi həyət marketlərində etiketsiz, markalanması olmayan, saxlanma şərtlərinə əməl edilməyən məhsullar satılır. Soyuq zəncir qaydalarına əməl olunmadan saxlanılan ət, toyuq və balıq məhsulları, kolbasa və sosislər, açıq şəkildə satılan ev istehsalı turşular, süd və süd məhsulları ciddi təhlükə mənbəyidir.

Bəzən bir satıcının eyni anda müxtəlif qidalara toxunaraq gigiyenik qaydalara əməl etmədən xidmət göstərməsi yoluxma riskini daha da artırır. Bu problemləri yalnız aidiyyəti qurumların, məsələn, Qida Təhlükəsizliyi Agentliyinin üzərinə atmaq düzgün olmaz. Əlbəttə, dövlət nəzarəti vacibdir. Lakin burada istehsalçının vicdanı, satıcının məsuliyyəti və istehlakçının diqqəti eyni dərəcədə önəmlidir.

İstehlakçı aldığı məhsulun üzərində markalanmanın olub-olmadığını, yararlılıq müddətini və saxlanma şəraitini yoxlamalıdır. Üzərində tarix olmayan, silinmiş və ya şübhəli görünən məhsulu alıb sonradan şikayət etmək düzgün yanaşma deyil. İnsan öz sağlamlığına qarşı da məsuliyyət daşıyır. Ucuz məhsul hər zaman keyfiyyətli məhsul demək deyil. Əksinə, çox vaxt ucuzluq keyfiyyətsizliyin və potensial təhlükənin göstəricisi olur.

Digər ciddi problem regionlarda nəzarətin zəifliyidir. Böyük şəhərlərdə reydlər və cərimələr müəyyən qədər vəziyyəti tənzimləyir. Lakin bəzi region bazarlarında vəziyyət ürəkaçan deyil. Qeyri-rəsmi heyvan kəsim yerləri, baytar nəzarətinin olmaması və “kənd məhsuludur” adı ilə satılan ət və quş əti avtomatik olaraq təhlükəsiz demək deyil.
Əgər həmin məhsul baytar yoxlamasından keçməyibsə və sanitar qaydalara əməl olunmayıbsa, onun kənddən gəlməsi heç bir zəmanət vermir. Yekun olaraq demək olar ki, qida təhlükəsizliyi təkcə dövlət nəzarəti məsələsi deyil, cəmiyyətin ortaq məsuliyyətidir. Həm nəzarət gücləndirilməli, həm də maarifləndirmə işi artırılmalıdır. İnsan öz sağlamlığına biganə qalmamalıdır”.

 

Oxşarxəbərlər

Hadisə onun haqqında danışanda ağladı
Manşet

Hadisə onun haqqında danışanda ağladı

14/10/2026 15:45
951
Tramp Pələnglə Güləşdi, Ardınca Qucaqlaşdı
Manşet

Tramp Pələnglə Güləşdi, Ardınca Qucaqlaşdı

14/10/2026 15:26
970
Ermənistan və Rusiya RAZILIĞA GƏLDİ
Dünya

Ermənistan və Rusiya RAZILIĞA GƏLDİ

14/10/2026 15:23
951
Dünya

Ermənistan və Rusiya RAZILIĞA GƏLDİ

14/10/2026 15:23
952
“Nəsimi” parkında “it ovçuları” peyda olub? – FOTO
Hadisə

“Nəsimi” parkında “it ovçuları” peyda olub? – FOTO

14/10/2026 15:23
951
Bakının mərkəzində qadınların yürüşü başladı – VİDEO
CƏMİYYƏT

Bakının mərkəzində qadınların yürüşü başladı – VİDEO

14/10/2026 15:22
955

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Hadisə onun haqqında danışanda ağladı

Hadisə onun haqqında danışanda ağladı

14/10/2026 15:45
951
Tramp Pələnglə Güləşdi, Ardınca Qucaqlaşdı

Tramp Pələnglə Güləşdi, Ardınca Qucaqlaşdı

14/10/2026 15:26
970

Ermənistan və Rusiya RAZILIĞA GƏLDİ

14/10/2026 15:23
952
Ermənistan və Rusiya RAZILIĞA GƏLDİ

Ermənistan və Rusiya RAZILIĞA GƏLDİ

14/10/2026 15:23
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
974

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

Qərbi Azərbaycanın Kanakir kəndi: Tarixin izlərini yaşadan qədim yurd

14/10/2026 08:20
971

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

Voxçaberd kəndi: Qərbi Azərbaycanın tarixi yaddaşında yaşayan yurd

13/10/2026 08:14
985

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
980

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.