Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

SEPAH-dan sonra Taliban da açıqladı – Netanyahu bu gün pis xəbər ala bilər

17/02/2026 16:56
Manşet
49 1
SEPAH-dan sonra Taliban da açıqladı – Netanyahu bu gün pis xəbər ala bilər
63
Baxış sayı

İran-ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu başlayır. Omanın vasitəçiliyi ilə fevralın 17–18-də İsveçrənin Cenevrə şəhərində baş tutması planlanan danışıqlar kifayət qədər diqqət çəkir.

ABŞ Prezidenti Donald Tramp müzakirələrdə Tehrana təzyiq göstərmək üçün bildirib ki, nüvə proqramı üzrə danışıqlar nəticəsiz qalacağı təqdirdə, Vaşinqton İsrailin İrana zərbə endirməsinə dəstək verməyə hazırdır. Hətta ABŞ donanması Fars körfəzində hərbi aktivliyini artırıb. Yəni Vaşinqton bu yolla danışıqlarda şərtlərini qəbul etdirməyə çalışır və İranı razı salmaq üçün təzyiq elementlərindən istifadə edir.

Lakin bu təzyiqin Tehranı qorxutduğunu demək düzgün olmaz. Belə ki, ABŞ-la nüvə proqramı üzrə danışıqların yenidən başlanmasından bir gün əvvəl, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında hərbi təlimlər keçirib. Bundan başqa, Talibanın sözçüsü Zəbiullah Mücahid yenə danışıqlardan əvvəl bildirib ki, ABŞ İrana hücum edəcəyi təqdirdə Taliban Tehrana yardım və dəstək göstərməyə hazırdır.

Cenevrə görüşü öncəsi tərəflərin hərbi konteksdə bir-birinə “göz dağı” verməsinə baxmayaraq, diplomatik sferada ünsiyyətin tonu diqqətli və daha uzlaşma yönümlüdür. Məsələn, ABŞ Dövlət katibi Marko Rubio deyib ki, İran Ağ Evin narahatlıqlarını diplomatik yolla nəzərə alacağı təqdirdə bu ölkə ilə razılaşma mümkündür. Rubionun sözlərinə görə, Tehranla razılığa gəlmək asan olmayacaq, amma ABŞ buna nail olmaq üçün bütün səylərini göstərəcək.

İranın xarici işlər naziri Abbas Əraqçi isə MAQATE direktoru Rafael Qrossi ilə görüşdə ABŞ-la danışıqlarda Tehranın mövqeyi barədə məlumat verib.

Təbii ki, bir digər diqqət çəkən məqam İsrailin Baş naziri Benyamin Netanyahunun görüş öncəsi bəyanatıdır. Netanyahu İranla razılaşmanın Təl-Əvivin əsas şərtləri qəbul edildikdən sonra mümkün olacağını vurğulayıb. Söhbət bütün zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması, zənginləşdirmə infrastrukturunun tam sökülməsi, raket proqramının 300 kilometrlik məhdudiyyət çərçivəsinə salınması və Tehranın dəstəklədiyi silahlı qruplaşmalar şəbəkəsinin ləğvindən gedir.

Görünən odur ki, Cenevrə danışıqları elə bu tələblər ətrafında formalaşacaq. Lakin ABŞ üçün kifayət qədər çətin danışıqlar olacağı birmənalıdır. Çünki Vaşinqton təkcə Tehranı razı salmayacaq, həm də İsrailin təhlükəsizliyini təmin edəcək kompromisi formalaşdırmalıdır. Netanyahunun tələbləri mövcud vəziyyətdə realist deyil.

Hesab edirəm ki, bu raund nəticə verməsə də, önəmlidir, çünki tərəflər bir-birini sınayır və güc balansını yoxlayırlar. İran öz mövqeyini qoruyur, ABŞ təzyiq vasitələrini ölçür, amma real kompromis üçün hələ çox tezdir. Əgər razılaşma olacaqsa, bu, yalnız çox incə diplomatik və güc balansı üzərində mümkün ola bilər. Fikrimcə, danışıqların dərhal konkret nüvə məhdudlaşdırması və ya hərbi geri çəkilmə ilə nəticələnməsi ehtimalı aşağıdır.

Əslində, İsrailin istədiyi də elə budur. Çünki Təl-Əvivin məqsədi real sülh deyil, İrana hərbi müdaxilə üçün zəmin yaratmaqdır./Globalinfo.az

Oxşarxəbərlər

İlham Əliyev sərəncam imzalayıb
Manşet

İlham Əliyev sərəncam imzalayıb

25/05/2026 22:29
54
Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi
Manşet

Prezident Azərbaycanla bağlı bu sözü ilk dəfə dilə gətirdi

25/05/2026 20:56
54
İlham Əliyev Daxili İşlər Nazirliyi ilə bağlı Fərman imzalayıb
Manşet

İlham Əliyev Daxili İşlər Nazirliyi ilə bağlı Fərman imzalayıb

25/05/2026 17:52
54
Prezidentdən ÖNƏMLİ TAPŞIRIQ: Sayı artırılacaq
Manşet

Prezidentdən ÖNƏMLİ TAPŞIRIQ: Sayı artırılacaq

25/05/2026 16:39
52
Prezident: “Hökumətə tapşırıram ki, vəsait tapılsın”
Manşet

Prezident: “Hökumətə tapşırıram ki, vəsait tapılsın”

25/05/2026 16:36
52
Prezident tapşırıq verdi – Azərbaycan 100 faiz özünü təmin etməlidir
Manşet

Prezident tapşırıq verdi – Azərbaycan 100 faiz özünü təmin etməlidir

25/05/2026 16:30
52

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

25/05/2026 23:55
53
Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

25/05/2026 23:12
53
TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

25/05/2026 22:31
55
Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

25/05/2026 22:30
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
65

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
58

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.