<strong>Ayaz Nəriman oğlu Əsgərov Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.</strong> <strong>Gündəm24.az </strong> xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, Ayaz Əsgərov 2016-cı ildən bəri Yardımlı Rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi.