Gündəm24.az xəbər verir ki, Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin gənc elçisi, Sumqayıt Dövlət Universitetinin müəllimi Gülçin Qasımova 12–13 may tarixlərində İsveçin Stokholm şəhərində keçirilən “Şərq Tərəfdaşlığı, demokratik dayanıqlılıq və gənclərin rolu” mövzusuna həsr olunan EaP Gənclər Konfransında Azərbaycanı təmsil etmişdir.
Konfrans Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadan olan gənc liderləri, ekspertləri və siyasətçiləri bir araya gətirərək gənclər siyasəti, mövcud çətinliklər, demokratik dayanıqlılıq, vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarının çətinlikləri, eləcə də dezinformasiya ilə mübarizədə gənclərin rolu kimi mühüm mövzular ətrafında müzakirələr aparmağa imkan yaratmışdır.
Bu tədbir Şərq Tərəfdaşlığı ölkələrinin təcrübələrini və qarşılaşdıqları çətinlikləri daha yaxından öyrənmək, fikir mübadiləsi aparmaq və gənclərin rolunun gücləndirilməsi istiqamətində Avropa İttifaqının yanaşmaları ilə tanış olmaq baxımından olduqca əhəmiyyətli olmuşdur.























