Çərşənbə axşamı, Oktyabr 20, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şuşada tarixi abidələrə yazı yazanlara XƏBƏRDARLIQ

05/09/2026 11:21
CƏMİYYƏT, Manşet
812 25
Şuşada tarixi abidələrə yazı yazanlara XƏBƏRDARLIQ
693
Paylaşım sayı
962
Baxış sayı

İşğaldan azad edilmiş ərazilərdə daş, qaya və müxtəlif səthlərin üzərinə yazıların yazılması ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xüsusilə tarixi və mədəni əhəmiyyət daşıyan məkanlarda belə halların baş verməsi ərazilərin görünüşünə və tarixi irsin qorunmasına zərər vurur.

Oxşar hallar daha əvvəl müxtəlif ictimai məkanlarda da qeydə alınıb və bununla bağlı hüquqi tədbirlər görülüb.

Bəs belə halların qarşısının alınması üçün konkret hansı addımlar atılmalıdır? Bu əməlləri törədən şəxslərlə bağlı hansı tədbirlər görülməlidir?

Globalinfo.az-a danışan memar, şəhərsalma və memarlıq məsələləri üzrə ekspert Elçin Əliyev deyib ki, belə hallar yolverilməzdir və onların qarşısı alınmalıdır:

“Dövlət orqanları bunun qarşısını almaq istiqamətində iş aparırlar. Fikrimcə, bütün memarlıq abidələri mümkün qədər videomüşahidə sistemləri ilə təmin olunmalıdır. Başa düşürəm ki, bu, maliyyə və texniki imkanlardan asılıdır. Amma bu istiqamətdə mütləq iş aparılmalıdır”.

Memarın sözlərinə görə, belə şəxslər müəyyənləşdirildikdən sonra onların əməlləri ictimaiyyətə çatdırılmalıdır:

“Yəni bu cür cinayət törədən şəxslərin adları ictimaiyyətə açıqlanmalı, üzləri göstərilməlidir. Bir neçə il bundan əvvəl yadımdadır, böyük ictimai rezonans yaranmışdı. Kimsə öz avtomobilinin dövlət qeydiyyat nişanını divarın üzərinə yazmışdı. Dövlət orqanları həmin şəxsi müəyyən etdikdən sonra onun kimliyi açıqlanmışdı. Yəqin ki, belə şəxslər bundan müəyyən qədər utanırlar. Ona görə də bu cür hadisələri mütləq sonadək araşdırmaq və nəticəsini ictimaiyyətə çatdırmaq lazımdır. İnsanlar belə vandalizm törədən şəxsləri tanımalıdırlar. Bu, digər insanların da analoji hərəkətlərdən çəkindirilməsində müəyyən rol oynaya bilər”.

Elçin Əliyev hesab edir ki, məsələyə psixoloji aspektdən də yanaşmaq lazımdır:

“Ola bilsin ki, belə hərəkət edən insanların daxilində haradasa öz izini qoymaq, öz adını və ya mövcudluğunu göstərmək istəyi var. Məsələn, yaxşı bir nümunə kimi İçərişəhərdə belə bir neçə divarın olduğunu bilirəm. Orada xüsusi zona ayrılıb və insanlar həmin ərazilərdə özləri haqqında müəyyən məlumatlar yazırlar. Məsələn, biri Xarkov şəhərindən olduğunu, digəri Monreal şəhərindən gəldiyini qeyd edir, tarix yazır və s. Bəlkə də bu psixoloji məqamı nəzərə alaraq bəzi yerlərdə turistlər üçün xüsusi lövhələr və ya belə zonalar yaratmaq olar.

elcin eliyev memar 2
Elçin Əliyev

Yəni insanın öz izini qoymaq istəyini müəyyən qədər başqa istiqamətə yönəltmək mümkündür. Çünki təəssüf ki, nə qədər nəzarət etsəniz də, bəzi insanlar yenə də öz bildiklərini edirlər”.

E.Əliyev insanların bu cür əməllərə yol verməməsi üçün əvvəlcədən xəbərdar edilməsinin vacibliyini vurğulayıb:

“Məsələn, velosiped sürən biri olaraq daim görürəm ki, Daxili İşlər Nazirliyi tərəfindən işıqforların və digər müvafiq obyektlərin üzərində xəbərdarlıq yazıları yerləşdirilib. Orada qeyd olunur ki, həmin obyektlər dövlət tərəfindən qorunur və onlara hər hansı müdaxilə, üzərinə reklam yapışdırılması və ya yazı yazılması qanunvericiliklə müəyyən edilmiş məsuliyyət yaradır. İnanıram ki, DİN tərəfindən bu məqsədlə yerləşdirilən obyektlər də normal və təmiz vəziyyətdə saxlanılır. Deməli, insanları əvvəlcədən xəbərdar etmək lazımdır. Amma təəssüf ki, Azərbaycanda heç bir memarlıq abidəsinin yanında insanlara əvvəlcədən müraciət və xəbərdarlıq xarakterli belə bir lövhə görməmişəm”.

Memar bildirib ki, tarixi abidələrin qorunması yalnız Şuşa ilə məhdudlaşmamalıdır:

“Təbii ki, bu məsələ bütün Azərbaycana aiddir. Şuşa olsun, Sumqayıt olsun, Lənkəran olsun, Naxçıvan olsun, Bakı olsun, fərq etməz. Hesab edirəm ki, hansısa memarlıq abidəsinin Şuşada olması onu, məsələn, Astarada yerləşən memarlıq abidəsindən daha qiymətli və ya daha çox qorunmalı etmir. Ümumiyyətlə, bu prinsip bütün Azərbaycana və bütün memarlıq abidələrinə şamil olunmalıdır”.

nizami 2

2 aprel 2026-cı il.  Nizami Kino Mərkəzinin binası müdaxiləyə məruz qalıb

Xatırladaq ki, bu ilin aprel ayında oxşar hadisə Nizami Kino Mərkəzində də baş vermişdi. Belə ki, “Landau School”un 11-ci sinif şagirdi Bərxudayeva Münəvvər, 10-cu sinif şagirdi Muradi Layla, 10 nömrəli məktəbin 9-cu sinif şagirdi Qaraşlı Şəfiqə və 2024-cü ildən Azərbaycanda yaşayan Belarus vətəndaşı, ADA Universitetinin II kurs tələbəsi Ardeshir Seyfpour Saad Abadi binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Hadisə ictimai rəydə ciddi müzakirələrə və kəskin qınağa səbəb olub, şəhərin estetik görünüşünə xələl gətirən bu addımlar vandalizm aktı kimi dəyərləndirilib.

Oxşarxəbərlər

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR
Manşet

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962
Bakıda bu yol tam bağlanır
CƏMİYYƏT

Bakıda bu yol tam bağlanır

20/10/2026 17:17
955
Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ
Hadisə

Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

20/10/2026 16:54
956
Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi
Manşet

Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

20/10/2026 16:41
972
Ceyran Haşımova mirasını açıqladı
Manşet

Ceyran Haşımova mirasını açıqladı

20/10/2026 16:15
955
Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam
Manşet

Prezidentdən Gəncə Memorial Kompleksi ilə bağlı – Sərəncam

20/10/2026 16:07
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962
Bakıda bu yol tam bağlanır

Bakıda bu yol tam bağlanır

20/10/2026 17:17
955
Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

Azərbaycanda məktəbdə şagirdə XƏSARƏT YETİRİLDİ

20/10/2026 16:54
956
Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

Eldar Namazov məhkəmədə Ramiz Mehdiyevlə üzləşdi

20/10/2026 16:41
972

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

Sumqayıtda Şəhid Rüfət Əhmədzadənin Anım Tədbiri Keçirilib-FOTOLAR

20/10/2026 18:58
962

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

Qərbi Azərbaycanın Başköy kəndi – tarixin izlərini yaşadan yurd

20/10/2026 08:20
963

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

QAİ Sumqayıt nümayəndəliyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

19/10/2026 18:06
992

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.