Çərşənbə axşamı, May 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

TƏBİB-də köklü dəyişikliklər – Zaur Əliyev də gedir, kimlər gələcək?

18/02/2026 09:50
CƏMİYYƏT, Manşet
44 1
TƏBİB-də köklü dəyişikliklər – Zaur Əliyev də gedir, kimlər gələcək?
57
Baxış sayı
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edildikdən sonra səhiyyə sistemində nələrin dəyişəcəyi məsələsi yenidən aktuallaşıb. Hələlik V.Qurbanovun səlahiyyətləri əvvəllər Səhiyyə Nazirliyində çalışmış indi isə qurumun müavini Anar İsrafilova həvalə olunub.
Gündəm24.az Bakupost.az-a istinadən xəbər verir ki, bu qərar səhiyyə sistemində gözlənilən geniş struktur dəyişikliklərinin ilk mərhələsi kimi qiymətləndirilir.
TƏBİB necə idarə olunur?
Qanunvericiliyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Prezidenti 13 may 2022-ci ildə xüsusi Fərman imzalayıb.
Həmin Fərmana görə, TƏBİB-in fəaliyyətinə ümumi rəhbərlik və nəzarət Müşahidə Şurası vasitəsilə həyata keçirilir. Şura sədr və dörd üzvdən ibarətdir və onlar Prezident tərəfindən təyin olunur.
Müşahidə Şurasına aşağıdakı qurumların təmsilçiləri daxildir:
– İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri
– Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin müavini
– Agentliyin İdarə Heyəti sədrinin müavini
– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini
Yəni TƏBİB faktiki olaraq bir neçə dövlət qurumunun ortaq nəzarət mexanizmi altında fəaliyyət göstərir. Müşahidə Şurasının üzvləri TƏBİB-in icraçı direktorunu seçir.
Vüqar Qurbanovun işdən çıxarılmasından sonra İdarə heyətində də dəyişiklik gözləniləndir.
Redaksiyaya daxil olan məlumata görə, yaxın günlərdə İdarə Heyətinin özündə də ciddi kadr dəyişiklikləri baş verəcək.
Öncə hazırkı sədr Zaur Əliyevin vəzifədən uzaqlaşdırılacağı, onun yerinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavininin gətiriləcəyi bildirilir.
Mənbələr həmçinin qeyd edir ki, bir qədər sonra daha radikal struktur qərarları da gündəmə gələ bilər:
– TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsi
– İcbari tibbi sığortanın isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi
Qeyd edək ki, Bakupost.az bu ssenari barədə hələ aylar əvvəl yazmışdı.
Nə dəyişəcək?
Ekspertlərin fikrincə, Vüqar Qurbanovun gedişi sadəcə şəxsi kadr dəyişikliyi deyil – bu, səhiyyə idarəçiliyinin yenidən mərkəzləşdirilməsi prosesinin başlanğıcıdır.
Əgər planlaşdırılan birləşmələr reallaşarsa:
– TƏBİB müstəqil qurum statusunu itirə bilər
– qərarvermə birbaşa nazirliklərə keçəcək
– icbari tibbi sığorta sosial müdafiə mexanizminin tərkib hissəsinə çevriləcək
Bu isə həm xəstəxanaların idarə olunmasına, həm maliyyə axınlarına, həm də vətəndaşların tibbi xidmətə çıxış mexanizminə ciddi təsir göstərəcək.

Oxşarxəbərlər

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb
CƏMİYYƏT

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

25/05/2026 23:55
53
İlham Əliyev sərəncam imzalayıb
Manşet

İlham Əliyev sərəncam imzalayıb

25/05/2026 22:29
54
Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi…
CƏMİYYƏT

Ömürlük pensiya alanlara VACİB XƏBƏR: Sizi…

25/05/2026 22:05
55
Bu telekanal Elşad Miriyə qadağa qoydu – SƏBƏB
CƏMİYYƏT

Bu telekanal Elşad Miriyə qadağa qoydu – SƏBƏB

25/05/2026 21:40
54
Azərbaycanda yeni zavodlar yaradılacaq
CƏMİYYƏT

Azərbaycanda yeni zavodlar yaradılacaq

25/05/2026 21:31
55
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
CƏMİYYƏT

Bəzi şəxslərə pulsuz mənzillər veriləcək

25/05/2026 21:13
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

Cəlilabadda bir neçə yaşayış məntəqəsi qazsız qalıb

25/05/2026 23:55
53
Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

Türkiyədə 4,2 bal gücündə zəlzələ oldu

25/05/2026 23:12
53
TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

TƏCİLİ! Putin orduya yaşıl işıq yandırdı – Bu ölkələrə HÜCUM BAŞLAYIR

25/05/2026 22:31
55
Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

Yeni qərar köhnə binaların qiymətini qaldırdı — AÇIQLAMA

25/05/2026 22:30
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

Moskva Tehrana dəstək verdi — Lavrovdan diqqətçəkən açıqlama

22/05/2026 16:45
65

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

TƏCİLİ: Lavrovdan sərt mesaj — Müharibənin bitməsi üçün Rusiyanın şərti açıqlandı

22/05/2026 16:38
58

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

Prezident Ərdoğan iqtisadi hədəfi açıqladı: “Türkiyə oyun dəyişdirici olacaq”

22/05/2026 15:14
56

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

TƏCİLİ: Putinə rəsmi dəvət — Vyetnamdan Moskvaya kritik mesaj

22/05/2026 14:45
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.