İki nəfər ağır yaralanıb.
Gündəm24.az xəbər verir ki, Yaponiyanın Kyodo News agentliyinin yaydığı məlumata görə, ölkənin şimal-şərq sahilləri yaxınlığında baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ən azı altı nəfər xəsarət alıb. Fəlakətlərin idarə edilməsi naziri Jiro Akama bildirib ki, yaralılardan dördünün vəziyyəti yüngül, ikisinin isə ağırdır.
Zəlzələ Sakit okeanda, Tohoku bölgəsinin şərqində qeydə alınıb və bundan sonra İvate, Aomori və Miyagi prefekturaları ilə yanaşı, Hokkaydonun cənub hissəsi üçün sunami xəbərdarlığı edilib. Sahillərdə bəzi yerlərdə dalğaların hündürlüyü 80 santimetrə çatıb.
Yaponiya Meteorologiya Agentliyinin məlumatlarına əsasən, əsas zəlzələdən sonra 5,4 bal gücündə doqquz afterşok qeydə alınıb. Seysmoloqlar oxşar təkanların riskinin qarşıdakı bir həftə ərzində davam edə biləcəyi barədə xəbərdarlıq ediblər.
Sədaqət Həsənova
© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.