Şənbə, Sentyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı

12/09/2026 16:00
Manşet, Müsahibə
786 41
Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı
685
Paylaşım sayı
951
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Məlum olduğu kimi Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert İlkin Şirinov Musavat.com-a danışıb. Ekspertin sözlərinə görə, dövlət proqramının 2027–2032-ci illəri əhatə etməsi özü qida təhlükəsizliyi sahəsində ciddi dönüşün göstəricisidir. Onun fikrincə, burada ən mühüm dəyişiklik problemin baş verməsindən sonra müdaxilə etməkdən, riskləri əvvəlcədən müəyyənləşdirərək qarşısını almaq modelinə keçiddir:

“Məncə ən mühüm dəyişiklik problemin baş verdikdən sonra yoxlanılması modelindən problemin baş verməmişdən əvvəl risklərin müəyyənləşdirilməsi modelinə keçiddir. Çünki dünənə qədər AQTA problem baş verdikdən sonra gəlir, müəyyən cərimə protokolu tətbiq edir və gedirdi. Amma bu sistemdən sonra, yəqin ki, artıq yeni bir modelə keçid olacaq.

Həmçinin burada vahid izlənmə sisteminin yaradılması nəzərdə tutulur. Heyvanların identifikasiyası və qeydiyyat sistemi genişləndiriləcək. Ət və ət məhsullarının haradan gəldiyini, mənşəyini müəyyənləşdirmək daha rahat olacaq. HACCP sisteminin tətbiqi, risklərin təhlilində süni intellektdən istifadə, rəqəmsal monitorinq və proqnozlaşdırma məsələləri də proqramda öz əksini tapıb”.

İlkin Şirinov laboratoriya imkanlarının genişləndirilməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, yeni metodların tətbiqi qida məhsullarının təhlükəsizliyinin daha effektiv qiymətləndirilməsinə imkan verə bilər:

“Etiketləmə məsələsinə də xüsusi diqqət yetiriləcək. Xüsusilə allergenlərin etiketlənməsi və bu barədə istehlakçının daha dəqiq məlumatlandırılması baxımından müəyyən dəyişikliklər olacaq.

Həmçinin xarici bazarlara çıxış üçün beynəlxalq tələblərə uyğunlaşma məsələsi var. Bütün bunlar yeni modelin ən mühüm üstünlüklərindən biridir.

Hamının faydalı bildiyi kərə yağı ziyanlıdır? | KONKRET

Qarşıdakı mərhələdə əsas sual yalnız “Bu məhsul təhlükəlidirmi?” olmayacaq. Eyni zamanda məhsulun haradan gəldiyi, kimin tərəfindən istehsal edildiyi, hansı şəraitdə saxlanıldığı, hansı mərhələlərdən keçdiyi və hansı daşıma prosesindən keçdiyi də izlənəcək.

Daşıma prosesində temperatur məsələsi də xüsusi əhəmiyyət daşıyır. Bizdə ən ciddi problemlərdən biri məhz temperaturla bağlıdır – saxlanma və temperatur rejiminin pozulması. Xüsusilə ət və ət məhsullarında, süddə, balıqda, kremli məhsullarda və tortlarda temperatur rejiminə əməl olunması çox vacibdir”.

Ekspert restoran, şadlıq sarayı və kafelərdə gigiyena və sanitariya məsələlərinin də diqqətdə saxlanılmasının vacib olduğunu vurğulayıb:

“Restoranlarda, şadlıq evlərində, kafelərdə ən böyük problemlərdən birini həmişə gigiyena və sanitariya ilə bağlı hallar təşkil edir. Gigiyenik vəziyyətin normal olmaması, istifadə olunan alət və avadanlıqların, əşyaların normaya uyğun olmaması məsələsi daim diqqət mərkəzindədir. Düşünürəm ki, yeni sistem çərçivəsində bunlarla bağlı da xüsusi dəyişikliklər olacaq.

Yəni bu proqram, belə deyək, istehsalçının qarşısında sədd yaradan deyil, əksinə, istehsalçının önünü açan bir mexanizm olmalıdır. Məsələn, ev şəraitində hazırlanan qidaların istifadəsi və kütləvi tədbirlərdə qida təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət daşıyır. Artıq toy mərasimlərində və digər kütləvi tədbirlərdə zəhərlənmə hadisəsi baş verdikdən sonra tədbir görülməsi modeli deyil, problemin əvvəlcədən qarşısının alınması əsas götürülməlidir.

Yəni proqramın tələbləri onu nəzərdə tutur ki, toyda, şadlıq saraylarında və hər hansı kütləvi mərasimlərdə qida elə hazırlanmalı və təqdim edilməlidir ki, hər hansı problem baş verməsin.

Bir daha temperatur məsələsini qeyd etmək istəyirəm. Məncə, yeni dövlət proqramının ən uğurlu şəkildə həyata keçirilməsi həm istehlakçılar, həm də istehsalçılar üçün sistemin asan tətbiq olunmasından asılı olacaq. Burada, təbii ki, AQTA-nın üzərinə də böyük məsuliyyət düşür. AQTA sənədləşmə məsələsini mümkün qədər asanlaşdırmalıdır. Çünki sənədləşmə nə qədər sadə və rahat olarsa, tələblərin tətbiqi də bir o qədər asan olacaq.

Restoranlar, şadlıq evləri, marketlər və istehsal müəssisələri qida təhlükəsizliyi qaydalarına əməl etmədikdən sonra ən müasir və güclü sistemin belə tətbiqi ilə məqsədə çatmaq mümkün olmayacaq. Buna görə də AQTA-nın üzərinə böyük məsuliyyət düşür.

Çünki qida təhlükəsizliyini yalnız AQTA-nın işi hesab etmək düzgün deyil. Burada istehlakçı da, istehsalçı da, sahibkar da ortaq məsuliyyət daşımalıdır.

Yalnız AQTA yoxlamaları və cərimələri üzərində qurulan mexanizmdən artıq çıxmaq lazımdır. Bu mexanizm effektiv olmadı. Çünki effektiv olsaydı, bir müəssisəyə üç-dörd dəfə cərimə yazıldığı halda, həmin müəssisədə eyni neqativ hallar təkrar baş verməzdi.

İnanıram ki, yeni mexanizm tətbiq olunduqdan sonra bu problemlərin öhdəsindən istehlakçılar, istehsalçılar və müəssisə rəhbərləri birgə və mütəşəkkil şəkildə gələcək, qida təhlükəsizliyi ilə bağlı neqativ halların qarşısının alınmasına nail olacağıq.

Bir məsələni də nəzərdə saxlamaq lazımdır: qida sadəcə süfrəyə qoyulan məhsul deyil. Qida birbaşa insan həyatıdır, insan sağlamlığıdır. Buna görə də qida təhlükəsizliyinə münasibətdə məsuliyyət hamının üzərində olmalıdır”.

Oxşarxəbərlər

Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO
Manşet

Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO

12/09/2026 15:27
951
Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ
Manşet

Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ

12/09/2026 15:07
951
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“
Manşet

“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“

12/09/2026 14:09
961
Zəngəzur dəhlizində YENİ MƏRHƏLƏ – Hərəkətə keçilir
Manşet

Zəngəzur dəhlizində YENİ MƏRHƏLƏ – Hərəkətə keçilir

12/09/2026 13:57
952
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur”
Manşet

“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur”

12/09/2026 13:25
951
Kredit ödənişlərində YENİ QAYDA: Borclulara ŞAD XƏBƏR
İqtisadiyyat

Kredit ödənişlərində YENİ QAYDA: Borclulara ŞAD XƏBƏR

12/09/2026 13:14
953

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı

Toylarda zəhərlənmələrə SON? – Yeni dövlət proqramı

12/09/2026 16:00
951
Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO

Hikmət Hacıyev erməni saxtakarlığını BELƏ İFŞA ETDİ – VİDEO

12/09/2026 15:27
951
Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ

Bu şəxslərin səbri daşacaq –XƏBƏRDARLIQ

12/09/2026 15:07
951
Zelenski Putinə əl uzatdı, amma… – SON DƏQİQƏ AÇIQLAMASI

Zelenski Putinə əl uzatdı, amma… – SON DƏQİQƏ AÇIQLAMASI

12/09/2026 15:05
959

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İpək yolunun Dərələyəzdəki qədim yadigarı – Səlim karvansarası

İpək yolunun Dərələyəzdəki qədim yadigarı – Səlim karvansarası

11/09/2026 08:37
959

Qərbi Azərbaycan – Dərələyəz mahalı, Ələyəz kəndi

Qərbi Azərbaycan – Dərələyəz mahalı, Ələyəz kəndi

10/09/2026 08:15
963

Qərbi Azərbaycan, Avan kəndi

Qərbi Azərbaycan, Avan kəndi

09/09/2026 08:29
960

Qərbi Azərbaycan, Avan kəndi

Qərbi Azərbaycan, Avan kəndi

09/09/2026 08:29
958

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.