Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində saxta spirtli içkidən istifadə edən 20 nəfər zəhərlənib.
Gündəm24.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, zəhərlənənlərdən üçü həyatını itirib, yeddisi isə reanimasiya şöbəsində müalicə alır. Onların vəziyyətinin ağır və həyatlarının təhlükədə olduğu bildirilib.














