Bazar ertəsi, Oktyabr 12, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

03/10/2026 19:10
CƏMİYYƏT, Manşet
801 33
Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?
690
Paylaşım sayı
959
Baxış sayı

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

Bakıda bəzi iri ticarət mərkəzlərində alıcıların kassirə müraciət etmədən ödəniş etməsinə imkan verən özünəxidmət kassaları quraşdırılıb. Növbədə gözləmək əvəzinə alıcı özü kassa aparatına yaxınlaşaraq ödənişini tamamlayır. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir.

Maraqlıdır, bu texnologiyanın yayılması kassirlərə olan tələbatı gələcəkdə dəyişə bilərmi? Ümumiyyətlə, Bakı mağazaları bu dəyişikliyə nə dərəcədə hazırdır və alıcılar özünəxidmət kassalarına necə yanaşırlar?

Gündəm24.az   mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Texnologiyanın tətbiqi və iqtisadi səmərəlilik

“Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov “Kaspi” qəzetinə bildirib ki, bəzi üzv şirkətlər artıq özünəxidmət kassalarından istifadə edir. İqtisadi nəticə isə mağazanın formatından, müştəri axınından və alış-veriş səbətinin həcmindən asılıdır:

“Qiymətləndirmədə yalnız əməkhaqqı deyil, avadanlıq, proqram təminatı, texniki xidmət və təlim xərcləri də nəzərə alınmalıdır. Alıcıların uyğunlaşması barədə bütün bazar üçün vahid göstərici söyləmək düzgün olmaz. Burada əsas amillər sistemin sadəliyi, ödənişin sürəti və ehtiyac yarandıqda əməkdaşın köməyidir. Müştəri texnologiyanı yeniliyinə görə deyil, yaratdığı rahatlığa görə seçir”.

“Əsas məqsəd növbələri azaltmaqdır”

A.İmanovun sözlərinə görə, sistemin tətbiqində əsas hədəf növbələri azaltmaq, alıcıya əlavə seçim vermək və xidmətin təşkilini yaxşılaşdırmaqdır:

“Bir neçə müştəri alış-verişini paralel tamamlaya, əməkdaş isə köməyə ehtiyacı olanlara dəstək göstərə bilər. Lakin avtomatlaşdırma bütün xərclərin avtomatik azalması demək deyil. Xüsusilə nağdsız ödənişlə işləyən özünəxidmət kassalarında bank komissiyaları iqtisadi səmərəliliyə birbaşa təsir edir. Ənənəvi kassada kartla ödəniş zamanı da komissiya tutulur, lakin nağdsız özünəxidmət modelində bu xərc həmin kassanın bütün dövriyyəsinə şamil olunur. Şəbəkə xidmətini sürətləndirmək üçün sərmayə qoyur, artan bank komissiyaları isə əldə olunan qənaəti azaldaraq investisiyanın özünü doğrultma müddətini uzada bilər”.

“Kassirlərə ehtiyac var”

Kassir ştatlarının gələcəyi haqqında danışan sədr vurğuladı ki, ayrı-ayrı mağazalarda kassir ştatlarının azalmasını tam istisna etmək olmaz, lakin özünəxidmət kassası əməkdaşsız mağaza demək deyil:

“Müştəriyə kömək, qiymət və endirim uyğunsuzluqlarının həlli, ödənişin tamamlanması və prosesə nəzarət üçün hazırlıqlı əməkdaşlara ehtiyac qalır. Bizim yanaşmamız əməkdaşların yeni funksiyalara hazırlanması, məsləhətçi, nəzarətçi və müştəri xidməti istiqamətlərində bacarıqlarının artırılmasıdır. Məqsəd yalnız işçi sayına qənaət deyil, insan resurslarından daha səmərəli istifadə olmalıdır”.

Əsas çətinliklərdən də danışan birlik sədri bildirdi ki, ilkin investisiya, texniki xidmət, qiymət, endirim və çəki ilə satılan məhsulların sistemdə düzgün işlənməsi, eləcə də istifadə vərdişləri əsas maneələrdəndir:

“Maliyyə baxımından nağdsız ödəniş tariflərinin yüksəkliyi və dəyişkənliyi genişlənməni çətinləşdirir. Nağdsız ödənişlərin inkişafını dəstəkləyirik, lakin bu prosesin biznes üçün iqtisadi cəhətdən davamlı olması vacibdir. Daha aşağı komissiyalı həllərin, o cümlədən AZQR əsaslı ödənişlərin rahat inteqrasiyası buna dəstək verə bilər”.

“Vətəndaşın seçim hüququ qorunmalıdır”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov özünəxidmət kassalarının fəaliyyətinin əhəmiyyətli olduğunu, lakin onların tətbiqi ilə bağlı problemlərin mövcudluğunu bildirib. AİB sədrinin sözlərinə görə, texnoloji yeniliklərin tətbiqinə ilk növbədə mağazalardakı tərəvəz və meyvə şöbələrindən başlamaq lazımdır. Çünki ən çox şikayətlər məhz bu sahədən daxil olur:

“Bizə daxil olan şikayətlər göstərir ki, vətəndaş 86 qəpiyə badımcan aldığı halda, kassada onun çekinə 36 manatlıq başqa bir ekzotik məhsulun qiyməti vurulur. Bu cür xətaların qarşısını almaq üçün sistemdə aydın təlimatlandırıcı mexanizm olmalı, istehlakçıya kömək edəcək cavabdeh mütəxəssislər ayrılmalıdır. Bununla yanaşı, ənənəvi kassaların ləğv edilməsinin tərəfdarı deyiləm, çünki vətəndaşın seçim hüququ qorunmalıdır”.

“Proqram təminatı qida təhlükəsizliyinə də nəzarət edə bilər”

Eyyub Hüseynov vurğulayıb ki, müasir proqram təminatları marketlərdə yalnız satışı deyil, həm də qida təhlükəsizliyini təmin etməlidir. O, xüsusi proqramların Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) serverinə inteqrasiya olunmasını təklif edir:

“Müasir texnologiya elə tənzimlənməlidir ki, yararlılıq müddəti bitmiş mal kassadan keçə bilməsin. Əgər bu proqramlar AQTA-nın bazasına inteqrasiya olunarsa, agentlik hansı marketdə nə qədər vaxtı keçmiş mal qaldığını rahatlıqla izləyə bilər”.

“İstehlakçı hüquqlarının qorunması əsas şərtdir”

Eyyub Hüseynov AİB-ə daxil olan şikayətlərlə bağlı statistikanı da açıqlayıb:

“AİB-ə gələn şikayətləri təhlil etdikdə məlum olur ki, Azərbaycan istehlakçıları almadıqları mallar üçün il ərzində təxminən 500 milyon manat artıq pul ödəyirlər”.

Eyyub Hüseynov sonda bildirdi ki, texnologiyaların tətbiqi təqdirəlayiq olsa da, istehlakçı hüquqları hər zaman ön planda tutulmalıdır. Bu məqsədlə 1995-ci ildə qəbul olunmuş “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun müasir dövrün və texnologiyaların tələblərinə uyğun olaraq yenidən işlənməsi vacibdir.

Oxşarxəbərlər

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO
Hərbi

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

12/10/2026 19:41
951
Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı
CƏMİYYƏT

Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12/10/2026 19:32
951
18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir
CƏMİYYƏT

18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

12/10/2026 19:31
951
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO
Manşet

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

12/10/2026 18:42
952
Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ
CƏMİYYƏT

Sabahla bağlı RƏSMİ XƏBƏRDARLIQ

12/10/2026 18:24
954
Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI
CƏMİYYƏT

Evini kirayəyə verənlər üçün QAYDALAR AÇIQLANDI

12/10/2026 18:24
952

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

Müdafiə Nazirliyi məlumat yaydı – FOTO/VİDEO

12/10/2026 19:41
951
Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

Media və Yayım Şurası vətəndaşları süni informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12/10/2026 19:32
951
18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

18 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

12/10/2026 19:31
951
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşdü – FOTO

12/10/2026 18:42
952

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

Rusiya komandirindən iddia: Əsir hərbçinin sinəsinə tank əleyhinə mina bərkidilib

12/10/2026 14:53
976

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

Lavrov Livanın xarici işlər naziri ilə görüşdü: Regional vəziyyət müzakirə olunur

12/10/2026 14:38
977

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

Qərbi Azərbaycanın tarixi incisi: Qurumsulu kəndinin unudulmayan keçmişi

12/10/2026 08:49
957

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

Cənubi Koreya Ukraynadakı səfirini geri çağırdı

10/10/2026 08:47
989

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.