Şənbə, Oktyabr 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – Açıqlama

03/10/2026 20:27
Hərbi, Manşet
798 33
Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – Açıqlama
688
Paylaşım sayı
955
Baxış sayı

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb.

Görəsən, həmin hərbçinin Azərbaycana qaytarılma ehtimalı nə dərəcədə realdır?

Gündəm24.az  xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, əsgər hərbi hissəni özbaşına tərk etdikdən sonra yolu səhv salaraq Ermənistan tərəfinə keçib.

Onun sözlərinə görə, sərhədlərin belə səhvən keçilməsi əvvəllər də baş verib.

“2022-ci ildə yolu azaraq Azərbaycan ərazisinə keçmiş Ermənistan hərbi qulluqçuları geri qaytarılıblar. 2024-cü ildə də Ermənistan tərəfinə keçən Azərbaycan hərbi qulluqçusu Ruslan Pənahov barəsində cinayət işinə xitam verilib və onun Azərbaycana qaytarılması barədə qərar qəbul edilib. Bu cür insidentlər hüquqi və humanitar qaydada həll olunmalıdır. Ermənistanda bu hadisə ətrafında böyük ajiotaj yaradıblar. Əsgərin hərbi hissəni tərk etməsi məlum məsələdir. Amma Ermənistanda ona qarşı cinayət törətməsi barədə irəli sürülən iddialar ayrıca və obyektiv şəkildə sübuta yetirilməlidir.

Kənd sakinlərinin Ermənistan mətbuatına verdiyi bəzi açıqlamalarda hadisədən əvvəl atəş səsi və hay-küy eşitmədikləri bildirilir. Digər məlumatlarda isə əsgərin evdə yatdığı, qadının onu gördüyü və xəsarət yetirdiyi deyilir. Bu versiyalar hadisənin necə baş verdiyi ilə bağlı ciddi suallar yaradır. Əsgərin yanında avtomatın olması onun mütləq atəş açdığını sübut etmir. Qadının ona xəsarət yetirdiyi barədə məlumatlar doğrudursa, bu da hadisənin başlanğıcı və tərəflərin hərəkətlərinin ayrıca araşdırılmasını tələb edir. Xəsarətlərin tibbi və digər ekspertizalarla müəyyən edilməsi lazımdır. İndiyədək Ermənistan tərəfinin yaydığı məlumatlar yekun məhkəmə qərarı sayıla bilməz. Hələ istintaq özü də ilkin araşdırmalar mərhələsindədir”.

Hüquqşünas əlavə edib ki, Ermənistan hüquq-mühafizə orqanları istintaqı hərtərəfli və qərəzsiz aparmalıdır:

“Eyni zamanda, əsgərimizə dərhal vəkil və peşəkar tərcüməçi verilməli, vəkillə məxfi görüşməsinə və ailəsi ilə əlaqə saxlamasına şərait yaradılmalıdır. Səhhəti müstəqil həkim tərəfindən yoxlanılmalı, psixoloji təzyiqə və pis rəftara məruz qalıb-qalmadığı araşdırılmalıdır. Əlbəttə ki, bunu Ermənistan tərəfi edəcəksə, obyektivliyi həmişə şübhə doğuracaq. Hesab edirəm ki, bu prosesdə Beynəlxalq Qızıl Xaç Komitəsinin iştirakı ilə yanaşı, üçüncü neytral tərəfin də onunla görüşməsi vacibdir. Azərbaycan hüquq-mühafizə orqanları hərbi hissənin özbaşına tərk edilməsi ilə bağlı araşdırmanı davam etdirirlər. Ermənistan tərəfi isə iddialarını sübutlarla təsdiqləməlidir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Ermənistan məhkəməsi oktyabrın 2-də Nəsimi Məmmədov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bunlar hazırda istintaqın irəli sürdüyü iddialardır. Azərbaycan Baş Prokurorluğu hadisənin hallarının araşdırılması üçün qarşı tərəflə təmasların davam etdiyini açıqlayıb. Hərbi qulluqçu olması avtomatik olaraq onun hərbi əsir statusu yaratmır. Üçüncü Cenevrə Konvensiyasındakı hərbi əsir statusu beynəlxalq silahlı münaqişə və həmin münaqişə zamanı düşmən tərəfinin əlinə keçmə şərtləri ilə bağlıdır. Hazırda açıqlanan məlumata görə, o, döyüş əməliyyatı zamanı əsir götürülməyib. Ermənistan ərazisində törətdiyi iddia edilən hadisədən sonra saxlanılıb. Münaqişənin hüquqi statusu və hadisənin şəraiti barədə əlavə faktlar ortaya çıxarsa, beynəlxalq humanitar hüququn tətbiqi ayrıca nəzərdən keçirilə bilər”.

Ə.Nuriyev indiki mərhələdə hüquqi baxımdan prosesin necə düzgün ola biləcəyini açıqlayıb:

“İlk növbədə, saxlanmanın və həbs qətimkan tədbirinin əsasları məhkəmə nəzarətində olmalıdır. Ona iddianın mahiyyəti başa düşdüyü dildə izah edilməli, tərcümə və müdafiəçilik təmin olunmalı, ailəsinə məlumat verilməli, hüquqi yardımdan istifadə imkanı tam yaradılmalıdır. Ermənistanın da tərəfdar olduğu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qanunsuz və özbaşına həbsə qarşı təminatları, eləcə də ədalətli mühakimə hüququnu müəyyən edir. Azərbaycan tərəfi onunla əlaqə və hüquqi müdafiə imkanını təmin etməyə çalışmalıdır. Doğrudur, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanla bağlı məsələlərdə birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış etməsi artıq faktlarla da sübut olunub. O qədər də obyektiv olmaya bilərlər bu məsələdə. Nəzərə almaq lazımdır ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistanda olan nümayəndəliyi də əsas etibarilə erməniəsilli şəxslərdən ibarətdir. Ona görə də onların obyektiv olması və məsələlər barədə ətraflı məlumat verməsi o qədər də etibar ediləsi mənbə kimi görünə bilməz. Konsulluq əlaqəsi tətbiq oluna bilərsə, Vyana Konvensiyasının 36-cı maddəsi saxlanılan şəxslə konsulluq əlaqəsi hüququnu nəzərdən keçirir. Amma yenə deyirəm ki, burada da bizim Ermənistanla hələlik rəsmi, belə deyək ki, səfirlik və konsulluq səviyyəsində əlaqələrimiz yoxdur”.

Onun sözlərinə görə, irəli sürülən iddialar sübutlara söykənməlidir:

“İstintaq qərəzsiz aparılmalı və təqsirsizlik prezumpsiyası qorunmalıdır. Azərbaycan tərəfi də öz ərazisində baş vermiş hallar üzrə istintaqı davam etdirməlidir. Hərbi hissənin özbaşına tərk edilməsi, onun nə vaxt və hansı şəraitdə yoxa çıxması, hərəkət marşrutu və sərhədi keçməsi səbəbləri də araşdırılmalıdır. Aidiyyəti materiallar əsasında müvafiq qərarlar qəbul edilməlidir. Mənim ilkin qənaətim bundan ibarətdir. İndi əsas tələb dərhal ekstradisiya yox, onun təhlükəsizliyi və hüquqlarının təmin edilməsi, vəkillə və ailə ilə əlaqə imkanlarının yaradılması, iddianın şəffaf araşdırılması və Azərbaycan-Ermənistan arasında nəticəyə yönəlmiş hüquqi təmasların aparılmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu insident ətrafında Ermənistanda böyük ajiotaj yaradılıb və ciddi şəkildə revanşistlər tərəfindən təzyiqlər var. Hesab edirəm ki, bu, istintaqın obyektiv və qərəzsiz aparılması imkanını xeyli daraldır. Daha çox siyasi məqsədlər üçün bu insidentdən istifadə etməyə çalışırlar. Bu isə istintaqın heç də obyektiv və ətraflı aparılmasına kömək etməyəcək. Əgər Ermənistan tərəfi, siyasi rəhbərliyi və hüquq rəhbərliyi özündə iradə taparsa, düşünürəm ki, bu məsələlərin sadə yolla həlli mümkündür və tərəflər arasında həmin əsgərimizin də Azərbaycana qaytarılması məsələsi ümumi danışıqlar fonunda həll oluna bilər”.

Oxşarxəbərlər

Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR
CƏMİYYƏT

Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR

16/10/2026 20:35
955
“Bizim öz yolumuz var” – İlham Əliyev
Manşet

“Bizim öz yolumuz var” – İlham Əliyev

16/10/2026 20:08
956
4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR
CƏMİYYƏT

4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

16/10/2026 19:58
956
23 il sonra yenidən duet oxuyacaqlar
Manşet

23 il sonra yenidən duet oxuyacaqlar

16/10/2026 19:40
955
Prezidentdən ŞAD XƏBƏR: Hər kəsin gözlədiyi sərəncam İMZALANDI
Manşet

Prezidentdən ŞAD XƏBƏR: Hər kəsin gözlədiyi sərəncam İMZALANDI

16/10/2026 19:38
956
Prezident paralimpiya hərəkatının iştirakçılarını təbrik etdi
Manşet

Prezident paralimpiya hərəkatının iştirakçılarını təbrik etdi

16/10/2026 19:30
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı mühüm addım

16/10/2026 21:10
956
Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR

Sumqayıt sakinilərini SEVİNDİRƏCƏK XƏBƏR

16/10/2026 20:35
955
“Bizim öz yolumuz var” – İlham Əliyev

“Bizim öz yolumuz var” – İlham Əliyev

16/10/2026 20:08
956
4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

4 gün ardıcıl iş olmayacaq – TARİXLƏR

16/10/2026 19:58
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
974

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN UNUDULMAYAN YURDU — AVDALAR KƏNDİ

15/10/2026 08:07
965

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

Ankarada taksi sürücüsü sərnişini güllələdi: Ağır yaralanan var

14/10/2026 09:37
980

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.