8 Noyabr – Zəfər Günü münasibətilə Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin üzvləri və gəncləri Sumqayıt şəhər Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin gənclər üzrə məsul şəxs Fuad Məmmədovun təşkilatçılığı ilə həyata keçirilib.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların məzarları üzərinə gül dəstələri qoyulub və ruhlarına dualar oxunub.
Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin müqəddəs xatirəsini yad etmək, onların göstərdiyi qəhrəmanlığı gənc nəslə aşılamaq və bizlərə bəxş etdikləri tarixi Zəfərin əhəmiyyətini bir daha xatırlatmaq olub.
Ziyarət iştirakçıları qeyd ediblər ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının birlik, həmrəylik, milli iradə və qəhrəmanlıq salnaməsinin ən şərəfli səhifələrindən biridir. Bu böyük Qələbənin əldə olunmasında şəhidlərimizin və qazilərimizin misilsiz xidmətləri vardır.
Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Zəfərimiz əbədi, Azərbaycanımız daim uca olsun!
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi



















