Bazar, İyun 28, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rusiyanın “yuxusunu ərşə çəkən” adam – milyonçu “Madyar” kimdir…

27/06/2026 13:02
Maraqlı
41 2
Rusiyanın “yuxusunu ərşə çəkən” adam – milyonçu “Madyar” kimdir…
54
Baxış sayı

Rusiya şəhərləri demək olar ki, hər gün atəş altındadır. Moskvadan Ryazana, Voronejdən Tulaya, Ufadan Həştərxana qədər qonşu ölkənin ərazisindəki strateji müəssisələr, neft emalı zavodları vurulmaqdadır. Artıq müharibə Rusiya ərazilərinə transformasiya olunub və ciddi bir destabilizasiyaya, həmçinin yanacaq böhranına səbəb olmaqdadır. Bu strategiyanın həyata keçirilməsində isə Ukraynanın milli qəhrəmanı olan Robert Brovdi (Madyar) rəhbərlik edir. İndi Rusiya kəşfiyyatının ən böyük hədəflərindən biri “Madyar” ləqəbli bu vətənpərvəri aradan götürməkdir. Bir suyu Aleksandr Duqinə oxşayan Brovdi isə hazırda Putinin ideoloqunun bütün ideyalarının əleyhinə fəaliyyət göstərməkdədir.

 

Ukraine: Robert Brovdi new commander of the drone forces

Gündəm24.az oxucular üçün maraqlı olar deyə Rusiyanın kabusuna çevrilən və onun “yuxusunu ərşə çəkən” birinin “Madyar”ın dosyesini təqdim edir:

Macar ata, uğurlu biznes…

Bu adamın təxəllüsü “Madyar” dır. Əsl ad-soyadı Robert Brovdidir. 1975-ci ildə Macarıstanla sərhəd yaxınlığındakı Ukraynanın Ujqorod şəhərində anadan olub. Transkarpatiyanın bir çox ailələrində olduğu kimi, burada da milli müxtəliflik hökm sürür. Onun atası macar, anası ukraynalıdır. Ukraynalı müəllif Vasil Mikitenko yazır ki, Robert ziyalı ailənin övladıdır. Özünün dediyi kimi, qonşular xalça asarkən, valideynləri Transkarpat rəssamlarının rəsmlərini alıb asırdılar. Daha sonra bu xatirələr Roberti müasir Ukrayna rəssamlarını dəstəkləmək üçün fond yaratmağa sövq edir – BrovdiArt yaradır. O, 1997-ci ildə Ujqorod Milli Universitetini “Müəssisə iqtisadiyyatı” ixtisası üzrə bitirib öz biznesinə başlayıb. Bütün həyatı boyu sərhəd şəhərində gördükləri ilə məşğul olub: pərakəndə geyim, topdansatış məhsulların satışı…

22 il ərzində “İmperiya qida”, daha sonra isə “Şotland şərabı və qazlı içki” layihəsini uğurla başlayıb. O, tez bir zamanda şəhərdə məşhurlaşıb və sahibkarlar dairəsinə daxil olub. 90-cı illərin sonlarında daşınmaz əmlak bazarını mənimsəməyə başlayıb. Ticarətdən ayrılıb inkişafla məşğul olmaq üçün bütün biznesini riskə atıb. Bir il sonra “Market-BK” şirkətini qurub və bir il sonra Ujqorodun ən uğurlu iş adamlarından biri olub. Otuz yaşına çatanda sərvəti 10 milyon dolları keçib və layihələrin dəyəri on milyonlarla hesablanıb. 2010-cu ildə Brovdi “Xleb Investbud”a rəhbərlik etmək təklifi aldı və bu, ona bütün Ukrayna, hətta Avropa şöhrəti gətirib. Belə ki, Ukrayna Aqrar Birjası və güclü taxıl holdinqi. O, 100 milyon dollardan çox dəyəri olan bir şirkətin baş direktoru olur. 2014-cü ildə genişmiqyaslı bir layihə başlayır – bu, “Granum” şirkətlər qrupunun təməlini yaradır. Öz taxıl istehsalına, saxlanmasına və satışına başlayır. Artıq 2017-ci ilə qədər layihə ölkənin ən yaxşı 5 taxıl ixracatçısına daxildir. Paralel olaraq, o, Ukrayna incəsənətinin, Transkarpatiyada daşınmaz əmlakın və xeyriyyəçiliyin təşviqi ilə məşğul olur.

 

Silaha sarılan milyonçu

2022-ci ilə qədər Robert Brovdi Ukraynada böyük aktivlərə və şöhrətə malik tamhüquqlu müstəqil bir iş adamı olub. 24 fevral 2022-ci ildə Rusiya Ukraynaya hücum edir. Səhər o, heç bir döyüş təcrübəsi olmadan Kiyevin ərazi müdafiəsinin toplanma məntəqəsinə gəlir. Adi döyüşçü kimi silah alır və atasının milliyyətinə uyğun olaraq “Madyar” çağırış nişanını seçir. Elə həmin gün də Buça və İrpenə göndərilir.

Teroboroniyanın tərkibində döyüşlərdə və mülki əhalinin təxliyəsində iştirak edir. İlk döyüş təcrübəsini orada qazanır. Kiyev vilayətinin azad edilməsindən sonra silahını yerə qoymur. Komandanlıq tərəfindən tanınrı və 206-cı batalyonun TRO rotasının komandiri təyin edilir. 2022-ci ilin aprelində Ukrayna Silahlı Qüvvələrinin 28-ci briqadasının tərkibində Xerson istiqamətinə göndərilir. Tezliklə tağım komandiri, sonra isə rota olur, baş leytenant rütbəsi alır. Dronlardan istifadə ideyası da ona səngərlərdə gəlib. Öz vəsaiti ilə kəşfiyyat və qumbara atmaq üçün pilotsuz uçuş aparatları almaq qərarı verir. O, diviziyanı öz vəsaiti ilə dronlar və avadanlıqlarla təchiz edir. Komandanlıq təşəbbüsü dəstəkləyir. Beləliklə, 2022-ci ilin mayında “Madyar Quşları” meydana çıxır.

Maliyyə imkanları sayəsində vəsait yığılmasına ehtiyac qalmır. Brovdi səmərəliliyə diqqət yetirir və qırıcıları seçmək imkanı əldə edir. Paralel olaraq, onlar ixtisaslaşmış dronların istehsalını qururlar. Onlar həmçinin kənd təsərrüfatı dronlarından çevrilmiş ağır gecə bombardmançı dronlarının (“Baba Yaga”) hazırlanmasında da iştirak edirlər. Termal görüntüləmə kameraları ilə təchiz olunmuş dronlar gecələr işləyir və düşmən üçün ciddi təhlükəyə çevrilir. Xerson şəhərinin azad edilməsindən sonra məlum olur ki, bu, artıq sadəcə bir bölmə deyil. O, 59-cu briqadaya daxil edilir və Donbasa – Baxmuta, daha sonra digər istiqamətlərə köçürülür. Bu gün “Madyar” Ukraynanın bütün pilotsuz qoşunlarının komandiridir. Bu gün onun adı yüz minlərlə işğalçının yuxusunu qaçırmaqdadır. İndi müxtəlif rəqəmlərə görə, hər ay 25-30 min rusiyalı hərbçinin öldürülməsinə “Madyar” rəhbərlik edir.

 

Ukraine: Robert Brovdi new commander of the drone forces
Rusiyada ömürlük həbs cəzası

O, bu yaxınlarda Qərb mediasına verdiyi müsahibədə bildirib ki, Rusiya dərinliyindəki 1500-2000 kilometrlik ərazi artıq arxa cəbhə deyil, döyüş meydanıdır. Ötən il blogger Volodimir Boyko Brovdini Çin kreditindən 1,5 milyard dollar oğurlamaqda günahlandırmışdı. Buna cavab olaraq Madyar “[bu kredit çərçivəsində] Çin pulu ilə heç bir əlaqəsi olmadığını” bildirmişdi. O, “absurd” barədə şərh verməkdən çəkinmiş və ukraynalıları “Gebbelsin təbliğatını mənimsəməməyə” çağırmışdı.

2025-ci ilin mayında prezident Volodimir Zelenski “Madyar”ı Ukrayna qəhrəmanı adına layiq görüb, bir ay sonra onu Ukrayna Silahlı Qüvvələrinin pilotsuz sistem qüvvələrinin komandiri təyin edib. Rusiyada “Madyar” qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib. 2026-cı ilin mart ayında məhkəmə onu Birinci Kanalın müxbiri Anna Prokofyevanın ölümünə səbəb olan terror aktının təşkilində günahkar bilib. Rusiya hakimiyyəti Brovdini ümumilikdə 46 cinayətdə, o cümlədən “mülki şəxslərin ölümünə və əhəmiyyətli maddi ziyana səbəb olan terror aktlarında” ittiham edir.

Qeyd edək ki, onun iki oğlu var – Edqar və Alen. Həyat yoldaşı Nataliya Brovdidir.\\musavat.com

Oxşarxəbərlər

Xoşbəxtlik və pul evinizə girəcək – Pəncərələri bu günlərdə təmizləyin
Maraqlı

Xoşbəxtlik və pul evinizə girəcək – Pəncərələri bu günlərdə təmizləyin

27/06/2026 21:27
52
İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq…
Maraqlı

İyul ayında bu bürcləri “qara günlər” gözləyir – Gözlənilməz hadisələr yaşanacaq…

27/06/2026 21:07
51
27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür
Maraqlı

27 iyunun ulduz falı — Maliyyə baxımından uğurlu gündür

27/06/2026 08:10
54
Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı
Maraqlı

Telefonları da izləyəcəklər: yol kameralarında yeni dövr başladı

26/06/2026 09:16
56
Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi
Maraqlı

Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi

25/06/2026 18:20
53
Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi
Maraqlı

Bu iPhone modelləri ilə bağlı xəbərdarlıq edildi

25/06/2026 18:20
52

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

27/06/2026 22:21
53
Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

Bu ölkənin prezidentinin qərarı hər kəsi şoka saldı – Azərbaycanın da dostudur

27/06/2026 22:07
56
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır

27/06/2026 22:05
53
Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

Almaniya müharibəyə hazırlaşır – Bundesver ordunu 3 dəfə böyütmək əmri verdi

27/06/2026 21:56
55

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
86

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
73

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
55

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
87

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.