Cümə axşamı, Sentyabr 24, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

İran Naxçıvan sərhədinə qoşun yığır-Bakıdan REAKSİYA

24/09/2026 13:40
Siyasət
788 42
İran Naxçıvan sərhədinə qoşun yığır-Bakıdan REAKSİYA
687
Paylaşım sayı
954
Baxış sayı

İranın quru qoşunlarının ölkənin sərhəd xətti boyunca geniş şəkildə yerləşdirilməsi ilə bağlı açıqlama diqqət çəkib. Tehran ordunun müxtəlif istiqamətlərdə, o cümlədən Pakistan və Əfqanıstan istiqamətinə yaxın ərazilərdə, eləcə də Oman körfəzi və Məkran sahillərində hərbi mövcudluğunu gücləndirdiyini bildirir.
İran Quru Qoşunları komandanı Əli Cahanşahi ordunun quru qüvvələrinin əksəriyyətinin ölkənin şimal-qərb, qərb, cənub-qərb, şərq, şimal-şərq və cənub-şərq sərhədlərində yerləşdirildiyini deyib. Onun sözlərinə görə, xüsusilə Məkran sahillərinə diqqət yetirilir. Sərhəd bölgələrində müxtəlif təyinatlı hərbi birləşmələr, o cümlədən xüsusi təyinatlı və sürətli reaksiya qüvvələri, mexanikləşdirilmiş və artilleriya bölmələri yerləşdirilib.
Əli Cahanşahi: İran müharibəyə hazırdır

Azərbaycanın İranla sərhədi ölkənin cənubundadır. Yəni Əli Cahanşahinin dediyi “şimal-qərb sərhədləri” ifadəsi İranın Azərbaycan və Naxçıvan istiqamətini əhatə edir. İranın hərbi terminologiyasında isə Azərbaycan sərhədi əsasən şimal-qərb istiqaməti hesab olunur. Azərbaycanla İranın sərhədinin 765 km olduğunu göstərilir.
Bu açıqlamanın diqqətçəkən tərəfi İran ordusunun yalnız bir istiqamətdə deyil, faktiki olaraq ölkənin bütün əsas quru sərhədləri boyunca yerləşdirilməsinin vurğulanmasıdır. İranın quru qoşunları komandanının açıqlaması regionda təhlükəsizlik mənzərəsinin mürəkkəbləşdiyi bir vaxtda verilib.
Siyasi təhlilçi Sona Əliyeva məsələ ilə bağlı Musavat.com-a bunları dedi: “Əvvəla diqqət yetirmək lazımdır ki, Əli Cahanşahinin açıqlamasında Azərbaycan ayrıca hədəf kimi göstərilmir. Şimal-qərb istiqaməti Azərbaycan sərhədini əhatə etsə də, İranın bu istiqamətdə hərbi qüvvə saxlamasını avtomatik olaraq Azərbaycana qarşı hazırlıq kimi təqdim etmək doğru deyil. İranın eyni açıqlamada qərb, şərq və cənub-şərq sərhədlərini də qeyd etməsi daha geniş təhlükəsizlik yanaşmasının olduğunu göstərir. Amma bu, Azərbaycan üçün bu məsələnin əhəmiyyətini azaltmır. Çünki Azərbaycan-İran münasibətlərində son illərdə həm əməkdaşlıq, həm də ciddi təhlükəsizlik problemləri paralel şəkildə mövcud olub. Xüsusilə Naxçıvan istiqamətində baş verən son hadisələrdən sonra Tehran tərəfindən şimal-qərb sərhədində hər hansı hərbi dəyişiklik Bakıda təbii olaraq daha həssas qəbul edilməli idi. Həmçinin nəzərə almaq lazımdır ki, İranın hazırkı davranışı özünü bir neçə istiqamətdən gələ biləcək risklərə qarşı sığortalamaq istəyidir. Qərbdə ABŞ və İsrail faktoru, şərqdə Əfqanıstan və sərhəd təhlükəsizliyi, cənub-şərqdə Bəlucistan problemi, dəniz istiqamətində isə Oman körfəzi və Məkran xətti Tehranın eyni vaxtda nəzərə aldığı təhlükəsizlik məsələləridir”.

Siyasi təhlilçinin sözlərinə görə, məkrana xüsusi diqqət yetirilməsi İran üçün onun strtaeji əhəmiyyətini göstərir: “Çünki, buradan ölkənin Hind okeanına çıxışı təmin olunur və Çabahar kimi mühüm limanlar yerləşir. Ona görə həmin ərazidə hərbi imkanların artırılması həm təhlükəsizlik, həm də İranın regional və iqtisadi maraqlarının qorunması ilə bağlıdır. Həmçinin, İran quru sərhədlərində qüvvələrin mövcudluğunu qabartmaqla demək istəyir ki, mümkün qarşıdurmanın ölkə daxilinə keçməsi ssenarisinə də hazırdır. Bu, həm xarici rəqiblərə, həm də İran cəmiyyətinə verilən siyasi mesajdır. Azərbaycanla bağlı məsələlər isə İran üçün hər zaman xüsusi həssaslığa malik olub. Tehran uzun müddətdir regionda kommunikasiyaların dəyişməsi, Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələyə keçməsi və Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsi kimi prosesləri diqqətlə izləyir. İranın əsas narahatlığı sərhədlərinin yaxınlığında yeni geosiyasi reallığın yaranmasıdır. Lakin bu narahatlığı birbaşa hərbi qarşıdurma niyyəti ilə eyniləşdirməzdim. Bu gün Bakı üçün əsas məsələ İranın sərhəddə qoşun saxlaması faktından daha çox, həmin qüvvələrin konkret olaraq hansı istiqamətdə və hansı məqsədlə hərəkət etməsidir. Əgər şimal-qərbdə əlavə qüvvələrin cəmləşdirilməsi, hərbi infrastrukturun genişləndirilməsi və Azərbaycana qarşı ritorikanın sərtləşməsi müşahidə olunarsa, bu artıq ayrıca qiymətləndirilməli olan məsələdir. Hazırkı açıqlama isə belə bir nəticə çıxarmağa kifayət etmir. Məncə, İranın verdiyi mesajın mahiyyəti belədir ki, Tehran özünü əvvəlkindən daha mürəkkəb təhlükəsizlik mühitində görür və mümkün ssenarilərin heç birini istisna etmək istəmir. Bu baxımdan sərhədlərdə hərbi qüvvələrin yerləşdirilməsi həm real müdafiə tədbiri, həm də çəkindirmə vasitəsidir. Azərbaycan üçün isə ən doğru yanaşma İranla münasibətlərdə təhlükəsizlik riskləri nəzərə alınması, eyni zamanda diplomatik kanallar açıq saxlanılması olmalıdır. Çünki regionda hazırda hərbi güc qədər diplomatik manevr imkanları da önəmlidir”.

Oxşarxəbərlər

Əli Əsədov: “Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır”
Siyasət

Əli Əsədov: “Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır”

24/09/2026 15:25
951
İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul etdi
Manşet

İlham Əliyev süni intellekt şirkətlərinin rəhbərlərini qəbul etdi

24/09/2026 13:18
958
Zəngəzur dəhlizi və tarixi körpü – Ərdoğanla Paşinyanın görüşünün detalları
Siyasət

Zəngəzur dəhlizi və tarixi körpü – Ərdoğanla Paşinyanın görüşünün detalları

23/09/2026 22:47
956
Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Siyasət

Azərbaycan-ABŞ strateji münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

23/09/2026 22:23
952
İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək…
Siyasət

İlham Əliyevdən XƏBƏRDARLIQ – Birgə hərəkət etməsək…

23/09/2026 19:42
956
Prezident ona yüksək vəzifə verdi – FOTO+ DOSYE
Siyasət

Prezident ona yüksək vəzifə verdi – FOTO+ DOSYE

23/09/2026 17:24
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu

Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olundu

24/09/2026 15:27
951
Əli Əsədov: “Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır”

Əli Əsədov: “Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır”

24/09/2026 15:25
951
Kadir İnanırın mirası ilə bağlı açıqlama: Bacısı oğulları danışdı

Kadir İnanırın mirası ilə bağlı açıqlama: Bacısı oğulları danışdı

24/09/2026 15:23
951
Ərdoğan Zelenskiyə xəbərdarlıq etdi

Ərdoğan Zelenskiyə xəbərdarlıq etdi

24/09/2026 15:22
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

Göyçənin qədim kəndi – Canəhmədin TARİXİ

24/09/2026 08:27
961

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

Qərbi Azərbaycanın qədim kəndi – Keflin SİRLİ TARİXİ

23/09/2026 08:08
964

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
975

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
965

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.