Bazar ertəsi, Oktyabr 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Netanyahu Ərdoğanı indi də belə hədəfə aldı

28/09/2026 10:13
Dünya, Siyasət
816 17
Netanyahu Ərdoğanı indi də belə hədəfə aldı
689
Paylaşım sayı
957
Baxış sayı

Ankara ilə Təl-Əviv arasında qarşıdurma yeni mərhələyə keçir

İsrail baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət imkanlarını araşdırmaq üçün hökumətlərarası qrupa və beynəlxalq hüquq departamentinin rəhbərinə hüquqi iş hazırlamaq tapşırığı verib. Musavat.com xəbər verir ki, İsrailin i24NEWS telekanalı bu barədə öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırlanacaq hüquqi dosyenin əsas istiqamətlərindən biri Türkiyə hakimiyyətinin kürd azlığı ilə bağlı siyasəti olacaq. Bununla yanaşı, Ankaranın Fələstin ərazisində fəaliyyət göstərən HƏMAS qruplaşmasına maliyyə dəstəyi verdiyi barədə İsrailin irəli sürdüyü ittihamların da sənəddə yer alacağı bildirilir. Netanyahunun bu addımı Ərdoğanın İsrail baş nazirinin beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət etmək niyyətini açıqlamasından sonra atılıb. Beləliklə, Ankara ilə Təl-Əviv arasında qarşıdurma artıq yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, beynəlxalq hüquq və məhkəmə mexanizmləri də tərəflərin mübarizə alətinə çevrilir.
Международный уголовный суд не получал уведомления о выходе Чада из его  состава | Media.az

Lakin mühüm məqam ondan ibarətdir ki, İsrail hələlik Ərdoğana qarşı BCM-də rəsmi iş qaldırmayıb. i24NEWS-in mənbələrinə görə, İsrailin BCM-nin Roma Statutuna üzv olmaması səbəbindən proses üçün vasitəçidən istifadə imkanları nəzərdən keçirilir. Türkiyə də Roma Statutuna qoşulmayıb.
Bu məlumat fonunda İsrail-Türkiyə münasibətlərində yeni və kifayət qədər sərt mərhələnin başladığı görünür. Tərəflər Qəzza müharibəsi, HƏMAS, Suriya və regional təhlükəsizlik məsələlərində kəskin şəkildə qarşı-qarşıya gəliblər. Ankara isə avqust ayında Qəzzaya humanitar yardım aparan flotiliyanın ələ keçirilməsi ilə bağlı Türkiyədə açılmış cinayət işi çərçivəsində Netanyahu barəsində İnterpolun “qırmızı bülleten” mexanizminin işə salınmasına nail olmaq niyyətini açıqlamışdı. Bununla belə, İnterpolun “qırmızı bildiriş” yayıb-yaymaması yalnız dövlətin müraciətindən asılı deyil; sorğu təşkilat tərəfindən ayrıca qiymətləndirilir.
Burada diqqətçəkən başqa bir məqam da var: İsrailin Ərdoğana qarşı mümkün beynəlxalq hüquqi təqib hazırlaması fonunda Benyamin Netanyahunun özünün Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi altında olması məsələsi gündəmə gəlir.
Belə ki, BCM 21 noyabr 2024-cü ildə Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxarıb. Məhkəmə onları Qəzzadakı müharibə ilə bağlı, o cümlədən müharibə metodu kimi aclıqdan istifadə və mülki əhaliyə qarşı yönəlmiş hücumla bağlı hərbi cinayətlərdə, həmçinin insanlıq əleyhinə cinayətlərdə məsuliyyət daşımaq üçün “ağlabatan əsasların” mövcud olduğu qənaətinə gəlib.
Yəni ortaya kifayət qədər ironik mənzərə çıxır: Netanyahu Ərdoğan barəsində beynəlxalq məhkəmə mexanizminin işə salınması üçün hüquqi dosye hazırlatdırır, halbuki İsrail baş nazirinin özü barədə artıq məhz həmin məhkəmə tərəfindən həbs orderi verilib.

Oxşarxəbərlər

Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər
Dünya

Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

26/10/2026 08:18
951
Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”
Manşet

Trampdan ŞOK AÇIQLAMA: “O bacarıqsız prezident idi”

25/10/2026 14:37
960
İlham Əliyev Tokayevi təbrik edib
Manşet

İlham Əliyev Tokayevi təbrik edib

25/10/2026 13:32
961
Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı
Dünya

Vurulan gəmidə sağ qalan azərbaycanlıların fotosu yayıldı

23/10/2026 21:49
957
Prezidentdən MÜHÜM FƏRMAN – DİN və XİN-ə BU VƏZİFƏLƏR tapşırıldı
Manşet

Prezidentdən MÜHÜM FƏRMAN – DİN və XİN-ə BU VƏZİFƏLƏR tapşırıldı

23/10/2026 16:10
956
Hindistan və Azərbaycan arasında nə baş verir? – Modi təlimat verdi
Dünya

Hindistan və Azərbaycan arasında nə baş verir? – Modi təlimat verdi

23/10/2026 15:42
954

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Əməkdar artist dövlətdən yardım istədi

Əməkdar artist dövlətdən yardım istədi

26/10/2026 09:38
951
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952
Bakıda avtomobil piyadanı vurdu

Bakıda avtomobil piyadanı vurdu

26/10/2026 08:20
951
Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

Britaniyada orduya hazırlıq əmri verildi: bu tarixdə müharibə başlaya bilər

26/10/2026 08:18
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

Qərbi Azərbaycanın Keypəşən kəndi: Məliklilər tayfasının qədim yurdu

26/10/2026 08:41
952

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

Vartana kəndi – Qərbi Azərbaycanın unudulmayan yurdu

23/10/2026 08:42
990

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

Qondaxsaz kəndi – Qərbi Azərbaycanın qədim yurd yerlərindən biri

22/10/2026 08:21
956

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

Göyçənin qədim yurdu Abdalağalı: Tarixin yaddaşında yaşayan kənd

21/10/2026 08:10
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In