Cümə axşamı, İyun 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Nümayəndələr Bakıya toplandı: Türkiyə də dəstəkləyir, Rusiya və İran isə…

14/12/2025 08:00
Siyasət
66 2
Nümayəndələr Bakıya toplandı: Türkiyə də dəstəkləyir, Rusiya və İran isə…
86
Baxış sayı

“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) yüksək rütbəli nümayəndə heyəti Azərbaycanda səfərdədir. Bu səfər Bakı–NATO münasibətlərinin mövcud vəziyyətini və gələcək perspektivlərini yenidən gündəmə gətirib.

Səfər zamanı tərəfdaşlıq proqramları, hərbi təlim və təhsil sahəsində əməkdaşlıq, eləcə də Azərbaycanın NATO missiyalarında iştirakı xüsusi vurğulanıb. Rəsmi açıqlamalarda Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələr və Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində əldə olunan nailiyyətlər ön plana çıxarılıb.

Gündəm24.az  Globalinfo.az-a istinadən xəbər verir ki,danışan politoloq Yusif Bağırzadə deyib ki, hazırda Azərbaycanın NATO ilə münasibətlərini üzvlükdən kənar, lakin dərinləşdirilmiş tərəfdaşlıq modelinə əsaslanan əməkdaşlıq olaraq xarakterizə etmək olar:

“Məlumdur ki, Azərbaycan 1994-cü ildən etibarən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında iştirak edir və bu çərçivədə bir sıra əməliyyat və institusional mexanizmlərə qoşulub. Xüsusilə NATO-nun Əməliyyat İmkanları Konsepsiyası üzrə bəyan edilmiş hərbi bölmələrin mövcudluğu Bakının Alyansla praktik hərbi uyğunlaşmaya verdiyi önəmi nümayiş etdirir. Bu əməkdaşlıq Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, NATO standartlarına uyğunlaşmasına və beynəlxalq əməliyyatlarda müxtəlif ölkə ordularının birgə, uyğun şəkildə işləyə bilmə qabiliyyətinin artırılmasına xidmət edir.

Bununla yanaşı, Azərbaycan NATO ilə münasibətlərdə balanslaşdırılmış və selektiv yanaşma sərgiləyir. Ölkəmiz Alyansla əməkdaşlığı öz milli təhlükəsizlik maraqları çərçivəsində qurur və bu prosesi bloklara qoşulmamaqla həyata keçirir. Azərbaycan üçün əsas prioritet müstəqil qərarvermə imkanlarının qorunması və regional geosiyasi balansın saxlanılmasıdır. Bu kontekstdə NATO ilə əməkdaşlıq daha çox texniki, təlim və institusional səviyyədə məhdudlaşdırılır”.

Nümayəndələr Bakıya toplandı: Türkiyə də dəstəkləyir, Rusiya və İran isə...
Yusif Bağırzadə

Politoloq bildirib ki, Azərbaycanın NATO strategiyasında Türkiyə faktoru da mühüm rol oynayır:

“NATO üzvü olan Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycana Alyans standartlarına uyğunlaşmaq və təcrübə qazanmaq imkanı yaradır. Bu amil Azərbaycanın NATO ilə inteqrasiyasını dolayı, lakin effektiv formada təmin edir və eyni zamanda regional həssaslıqları nəzərə almağa şərait yaradır.

Ölkəmizin NATO-ya üzvlüyü isə hazırkı mərhələdə real görünmür. Nə rəsmi Bakı tərəfindən belə bir siyasi hədəf irəli sürülüb, nə də mövcud regional şərait buna imkan verir. Rusiya və İran faktorları, eləcə də Cənubi Qafqazın mürəkkəb təhlükəsizlik mühiti Azərbaycanın bloklara qoşulmama siyasətini daha məqsədəuyğun edir. Üstəlik, postmünaqişə dövründə ölkəmizin hərbi-siyasi mövqelərinin güclənməsi NATO üzvlüyünü təhlükəsizlik baxımından zəruri edən əsas amilləri arxa plana keçirib.

Ümumilikdə qeyd etmək olar ki, Azərbaycan–NATO münasibətləri strateji tərəfdaşlıq səviyyəsində qalmaqla, qarşılıqlı maraqlara əsaslanan praqmatik əməkdaşlıq modelini əks etdirir. Bu model ölkəmizə həm təhlükəsizlik potensialını artırmaq, həm də geosiyasi risklərdən yayınmaq imkanı verir”.

Oxşarxəbərlər

Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
Manşet

Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev

18/06/2026 10:02
53
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
Manşet

Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır

18/06/2026 09:44
53
Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ – Tezliklə….
Manşet

Prezident ŞAD XƏBƏRİ ELAN ETDİ – Tezliklə….

18/06/2026 09:30
54
İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir – CANLI
Manşet

İlham Əliyev Bakıda açılış mərasimində iştirak edir – CANLI

18/06/2026 09:04
52
Prezidentdən daha bir SƏRƏNCAM
Manşet

Prezidentdən daha bir SƏRƏNCAM

17/06/2026 15:54
56
SON DƏQİQƏ: Xurşudyanın Rusiya və Qarabağla bağlı dediyi sözlər erməniləri TƏƏCCÜBLƏNDİRDİ
Siyasət

SON DƏQİQƏ: Xurşudyanın Rusiya və Qarabağla bağlı dediyi sözlər erməniləri TƏƏCCÜBLƏNDİRDİ

17/06/2026 15:38
55

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək!

Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək!

18/06/2026 10:05
60
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev

Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev

18/06/2026 10:02
53
Qəzada vəfat edən Zəhra dəfn olundu

Qəzada vəfat edən Zəhra dəfn olundu

18/06/2026 09:51
53
33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirildi

33 il beynəlxalq axtarışda olan şəxs Almaniyada həbs edilərək Azərbaycana gətirildi

18/06/2026 09:48
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

Şərur mahalı: Arazın sahilində unudulmayan yurd

17/06/2026 10:42
56

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

“Dövlətə xəyanət” ittihamı gündəmdə: Saxlanılanları ağır cəza gözləyir

17/06/2026 08:51
56

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

Messi tarixə keçdi: Altı Dünya Kuboku, 16 qol və zirvə uğrunda yeni savaş

17/06/2026 07:16
57

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

Şok iddia: ABŞ-ın narkotiklə mübarizə əməliyyatlarında 200-dən çox insan həlak olub

17/06/2026 07:00
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In