Çərşənbə axşamı, Mart 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Regionda təhlükə ARTIR- Quru əməliyyatları BAŞLAYACAQ?

10/03/2026 15:35
Siyasət
48 1
Regionda təhlükə ARTIR- Quru əməliyyatları BAŞLAYACAQ?
62
Baxış sayı
ABŞ və İsrailin İran ərazisində quru əməliyyatlarına başlama ehtimalı Yaxın Şərqdə gərgin olan hərbi-siyasi vəziyyəti daha da mürəkkəbləşdirə bilər.

Məsələ ilə bağlı politoloq Hüseyn İbrahimov Ajans.az–a açıqlama verib.

O bildirib ki, bu təkcə region dövlətlərinə deyil, həm də qonşu ölkələrə ciddi  iqtisadi və təhlükəsizlik təsirləri yarada bilər. Xüsusilə İranla həmsərhəd olan Azərbaycan üçün  risklər və müharibənin genişlənməsi ehtimalını aktuallaşdırır.

ABŞ-İran münasibətlərindəki gərginliyin əsası hələ uzun illər əvvəl qoyulub. Tərəflər arasında münasibətlər təxminən 30 ilə yaxındır ki, soyuq xarakter daşıyır və bu müddət ərzində razılıq əldə etmək əvəzinə hər iki tərəf hərbi gücünü artırmağa üstünlük verib.

Politoloq qeyd edib ki, bu proseslər fonunda beynəlxalq aləmdə ABŞ-nin Cənubi Qafqaz siyasəti də formalaşıb. Müxtəlif dövrlərdə tərəflər arasında bir neçə dəfə danışıqlar aparılsa da, münaqişənin həlli istiqamətində ciddi nəticə əldə olunmayıb. Eyni zamanda, həmin dövrlərdə İranın daxilində də müəyyən iğtişaşların baş verdiyi müşahidə olunub.

Hazırda münaqişə təkcə iki dövlət arasında deyil, artıq bir sıra ölkələri də əhatə edən geniş regional prosesə çevrilib. Tarix göstərir ki, uzun müddət davam edən soyuq müharibələr zaman keçdikcə isti müharibəyə çevrilə bilir və bu zaman münaqişəyə daha çox dövlət cəlb olunur.

Onun sözlərinə görə, ABŞ və İran münasibətləri də hazırda belə bir mərhələyə yaxınlaşır. Quru əməliyyatlarının keçirilməsi ehtimalı müzakirə edilsə də, ABŞ tərəfindən bununla bağlı hələ rəsmi qərar verilməyib. Hazırda əsas diqqət hava məkanının nəzarətə götürülməsi istiqamətində atılan addımlara yönəlib.

“Mümkün quru əməliyyatları həyata keçirilərsə, bu prosesin İraq ərazisi vasitəsilə baş verməsi ehtimal olunur. Azərbaycan isə ilk gündən etibarən heç bir dövlət üçün müharibəni qızışdıran şərait yaratmayacağını bəyan edib. Bu səbəbdən indiki mərhələdə Azərbaycan üçün ciddi təhlükə gözlənilmir.”-deyə, o açıqlayıb.

Yaxın Şərq artıq faktiki olaraq müharibə ocağına çevrilib. İranın Körfəz ölkələrinə qarşı bir neçə dəfə atəş açması regionda həm iqtisadi, həm də siyasi riskləri artırıb. Bu vəziyyət nəticəsində bəzi ölkələrdə hava məkanlarının bağlanması, eləcə də təyyarələrin uçuş istiqamətlərinin və vaxtlarının dəyişdirilməsi halları müşahidə olunur. Azərbaycan isə regionda sülhün tərəfdarı kimi çıxış edir. İranda minlərlə azərbaycanlı yaşayır və ölkənin geosiyasi mövqeyi də nəzərə alınaraq Azərbaycan münaqişənin genişlənməsində maraqlı deyil.

Oxşarxəbərlər

Prezident daha bir qanunu TƏSDİQLƏDİ
Manşet

Prezident daha bir qanunu TƏSDİQLƏDİ

10/03/2026 16:07
56
İran XİN rəhbəri: “İkiüzlülüyünüzü gizlədin”
Siyasət

İran XİN rəhbəri: “İkiüzlülüyünüzü gizlədin”

10/03/2026 14:56
63
İlham Əliyev fərman İMZALADI
Manşet

İlham Əliyev fərman İMZALADI

10/03/2026 12:45
65
Prezident Sərəncam İMZALADI
Manşet

Prezident Sərəncam İMZALADI

10/03/2026 12:37
58
Bu quruma xidməti maşınlar verildi – Baş nazirin qərarı ilə…
CƏMİYYƏT

Bu quruma xidməti maşınlar verildi – Baş nazirin qərarı ilə…

10/03/2026 12:22
61
ABŞ bitib deyir, İran müharibə anonsu verir – Nələr yaşanacaq?
Siyasət

ABŞ bitib deyir, İran müharibə anonsu verir – Nələr yaşanacaq?

10/03/2026 11:34
55

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Bu gün İrana qarşı ən intensiv hücumlar həyata keçiriləcək”

“Bu gün İrana qarşı ən intensiv hücumlar həyata keçiriləcək”

10/03/2026 17:07
50
İsrail SEPAH-ın tədqiqat kompleksini vurdu

İsrail SEPAH-ın tədqiqat kompleksini vurdu

10/03/2026 16:50
50
Türkiyədə ZƏLZƏLƏ

Türkiyədə ZƏLZƏLƏ

10/03/2026 16:45
50
Martın 11-də qaz kəsiləcək – Bu ərazilərdə

Martın 11-də qaz kəsiləcək – Bu ərazilərdə

10/03/2026 16:41
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

Pekin hərəkətə keçdi – Çin İranla bağlı diplomatik missiyaya başlayır

09/03/2026 08:27
66

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

Vaşinqtondan yeni diplomatik addım – Steve Witkoff və Jared Kushner İsrailə gedir

09/03/2026 07:04
74

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

Gərginlik pik həddə: ABŞ və İsrail Tehranda mülki əraziləri hədəf aldı

06/03/2026 09:24
79

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

Körfəzdə gərginlik artır: Qətərdəki ABŞ bazasında partlayış iddiası

06/03/2026 06:39
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.