Cümə, İyun 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

XİN məlumat yaydı

22/04/2026 15:38
Siyasət
55 3
XİN məlumat yaydı
73
Baxış sayı

Bu gün Banqkok şəhərində BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə sülh və iqlim dayanıqlılığı mövzusunda yüksək səviyyəli tədbir keçirilib.

Bu barədə  Gündəm24.az-a XİN-dən bildirilib.
“Heç kəsi arxada qoymamaq” şüarı ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və UNESCAP Katibliyinin dəstəyi ilə keçirilən tədbirdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nazirləri, yüksək səviyyəli dövlət nümayəndələri və beynəlxalq təşkilatların təmsilçiləri çıxış ediblər.
Tədbirdə əsas məruzəçi qismində çıxış edən XİN-in Xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmiz tərəfindən kiçik ada dövlətlərinə xüsusi diqqət və qayğının göstərildiyini vurğulayıb.
Səfir Azərbaycanın liderliyi ilə COP29-da iqlim maliyyəsi sahəsində qəbul edilmiş tarixi qərarların ilk növbədə məhz iqlim dəyişmələrinə həssas olan bu ölkələr üçün xüsusi əhəmiyyətini qeyd edib.
Ölkəmizin kiçid ada dövlətlərinə beynəlxalq texniki yardım, iqlim dayanıqlılığı və bacarıqların artırılması sahələrində dəstək göstərdiyini bildirən natiq, bu səpkidə COP29 Azərbaycan sədrliyinin uğurlu təşəbbüslərindən biri olan Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzinin (Bakı Mərkəzi) cari ildə kiçik ada ölkələri ilə əməkdaşlıq planlarından danışıb.
Tədbirdə çıxış edən Tonqanın daxili işlər naziri, həmçinin Maldiv, Tuvalu, Marşal Adaları, Fici, Mikroneziya və Samoanın hökumət nümayəndələri ölkəmizin qlobal çağırışların həlli sahəsindəki liderliyini yüksək qiymətləndirib, eyni zamanda ölkələrinə göstərilən dəstək və diqqətə görə Azərbaycan rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.
Eyni zamanda qeyd edilib ki, COP29-un vacib təşəbbüslərindən olan Bakı Mərkəzi platforması çərçivəsində irəli sürülən və sülhə töhfə verən uğurlu iqlim təşəbbüsləri iqlim risklərinə həssas ölkələr üçün beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və dayanıqlı maliyyələşmə mexanizmlərinin səfərbər olunması baxımından əhəmiyyətli imkanlar yaradır. Bu çərçivədə Mikroneziya və Marşal Adalarının nümayəndələri Bakı Mərkəzi ilə əməkdaşlıq etmək məqsədilə müraciət ünvanlayıblar.
UNESCAP-ın 82-ci sessiyası çərçivəsində Azərbaycan sədrliyinin ilk yüksək səviyyəli dialoqu olan bu tədbirin əhəmiyyətini vurğulayan UNESCAP-in icraçı katibinin müavini Li Yanq və BMqT-nin nümayəndəsi çıxışlarında təmsil etdikləri təşkilatların Azərbaycanın liderliyi ilə kiçik ada dövlətlərinə iqlim dayanıqlılığı və davamlı inkişaf sahələrində həyata keçirilən konkret təşəbbüslərə dəstək ifadə ediblər.

Oxşarxəbərlər

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO
Manşet

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

25/06/2026 23:19
50
Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI
Manşet

Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI

25/06/2026 18:18
54
Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı
Manşet

Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı

25/06/2026 17:21
51
Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI
Manşet

Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI

25/06/2026 16:34
67
Prezident bu hərbçiləri təltif etdi
Manşet

Prezident bu hərbçiləri təltif etdi

25/06/2026 16:23
68
Prezident gömrük sistemi ilə bağlı fərman imzaladı
Manşet

Prezident gömrük sistemi ilə bağlı fərman imzaladı

25/06/2026 16:22
57

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

Yayda ən çox bu məhsullardan zəhərlənirik – XƏBƏRDARLIQ

26/06/2026 00:21
50
“Salam, əsgər!” – Video

“Salam, əsgər!” – Video

25/06/2026 23:25
50
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

25/06/2026 23:19
50
İsrail Prezidentinin olduğu helikopter təcili eniş etdi

İsrail Prezidentinin olduğu helikopter təcili eniş etdi

25/06/2026 23:02
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
71

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.