“Space” Televiziyasının təsisçisi kanalın baş direktoru Vado Korovini tutduğu vəzifədən azad edilib.
Gündəm24.az Manset.az-a istinadən xəbər verir ki, hazırda Space Televiziyasında bütün idarəetmə və səlahiyyətlər icraçı direktor Nəriman Əbdüləliyev tərəfindən icra olunur.
Qeyd edək ki, ötən gün Manset.az xəbər portalı Vado Korovinin vəzifəsindən azad ediləcəyi ilə bağlı xəbəri yayımlamışdı. Kanalın direktor müavini Nəriman Əbdüləliyev xəbəri təkzib edərək bu gün iclas keçiriləcəyini bildirmişdi.














