Bazar ertəsi, Oktyabr 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Yaşasaydı 50 yaşı olacaqdı” – Dostları Cabir İmanovu yad etdilər – FOTO

22/06/2026 16:20
Şou-biznes
835 26
“Yaşasaydı 50 yaşı olacaqdı” – Dostları Cabir İmanovu yad etdilər – FOTO
713
Paylaşım sayı
990
Baxış sayı

“Parni iz Baku” KVN komandasının üzvü, Əməkdar artist Cabir İmanovun 50 illik yubileyi dostları və sənət yoldaşları tərəfindən kədərli paylaşımlarla yad edilib.

Gündəm24.az   xəbər verir ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. O, iqtisadçı və hüquqşünas ixtisaslarına yiyələnib, uzun illər Daxili İşlər Nazirliyində xidmət edərək polis polkovnik-leytenantı rütbəsinə qədər yüksəlib. 1992-2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü kimi çıxış edib və komanda ilə birgə KVN çempionu, Yay Kubokunun qalibi və “Əsrin Çempionu” adını qazanıb. 2001-ci ildən isə “Planet Parni iz Baku” KVN

 

Teatrında aktyor kimi fəaliyyətini davam etdirib. O, 2015-ci ildə Əməkdar artist fəxri adına, 2021-ci ildə isə “Tərəqqi” medalına layiq görülüb. Cabir İmanov 2025-ci il 29 sentyabrda 49 yaşında ürəktutmasından vəfat edib.

Onun 50 illiyi münasibətilə sənət dostları sosial şəbəkələrdə duyğusal mesajlar paylaşıblar.

 

Xalq artisti Murad Dadaşov mərhumla bağlı paylaşımında yazıb: “Ürəyim Cabir. Cabirsizliyin ilk acı ili”.

 

 

Əməkdar artist Abbas Bağırov da illər əvvəl Cabir İmanovla çəkilmiş görüntülərini paylaşaraq onu belə xatırlayıb:

 

“Bu gün mənim çox əziz dostumun, heç vaxt unutmayacağım, qəlbimdə daim yaşayacaq bir insanın, Cabir İmanovun 50 illik yubiley günüdür.

 

Kaş ki, bu günü onunla birlikdə qeyd edə biləydik… Kaş ki, bu gün onun qarşısında dayanıb ad gününü şəxsən təbrik edə biləydim. Amma həyatın yazdığı tale fərqli oldu…

 

Cabirlə tanış olduğum gündən bu yana artıq 30 ilə yaxın bir zaman keçir. Bu, heç də az müddət deyil. Bu illər ərzində onunla bağlı o qədər gözəl xatirələrim var ki, onları danışmaqla bitirmək mümkün deyil.

 

“Məhəllə” filminin çəkilişinə dəvət alanda Cabirin o qədər səmimi, o qədər pozitiv və enerji dolu yanaşması oldu ki, heç düşünmədən həmin təklifi qəbul etdim. Və yaxşı ki, etdim. Çünki o gündən sonra mən Cabir İmanovu daha yaxından tanımağa başladım. Onun dostluğa sədaqəti, vəfası, insanlara olan diqqəti, hörməti və sevgisi sözlə ifadə olunacaq qədər sadə deyildi. O, dostluğun nə olduğunu öz davranışları ilə göstərən insanlardan idi. Onun haqqında saatlarla danışmaq olar, amma yenə də deyiləcək sözlər bitməz.

 

Bəzən düşünürəm ki, Cabirin mənfi xüsusiyyəti nə idi? Və hər dəfə eyni cavabı tapıram: onun mənfi xüsusiyyəti yox idi. Çünki o, daxilən gözəl, ürəyi təmiz, insanlara sevgisi sonsuz olan bir insan idi.Onunla yol yoldaşı olmaq böyük xoşbəxtlik idi. İnsan onunla kilometrlərlə yol getməkdən yorulmazdı. Onu tanıyan da, tanımayan da bir dəfə görüşəndən sonra onu yenidən görmək istəyərdi. Çünki Cabir İmanov insanın qəlbində iz qoymağı bacaran nadir insanlardan idi. Təəssüf ki, bu gün o, aramızda deyil. Amma belə insanlar heç vaxt unudulmurlar. Onlar fiziki olaraq bu dünyadan köçsələr də, xatirələrdə, qəlblərdə və dualarda yaşamağa davam edirlər.

 

Bu gün sənin 50 illik yubileyindir. Bu yubiley sənsiz qeyd olunur. Amma bil ki, sən bizim üçün həmişə yaşayacaqsan. Sənin dostluğun, xatirələrin, gülüşün və gözəl ürəyin daim bizimlə olacaq.

 

Ruhun şad olsun, əziz dostum. Səni sevənlərin qəlbində həmişə yaşayacaqsan”.

 

Qeyd edək ki, Cabir İmanov ötən il ürəktutmasından vəfat edib.\\milli.az

Oxşarxəbərlər

Emindən atası ilə bağlı paylaşım – FOTO
Manşet

Emindən atası ilə bağlı paylaşım – FOTO

19/10/2026 16:00
953
Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO
Manşet

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

19/10/2026 12:19
961
“Hər həftə bir ev alırdım“
Manşet

“Hər həftə bir ev alırdım“

19/10/2026 09:58
994
İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur
Manşet

İlyas Yalçıntaşa Şok İttiham: 10 İl Həbs Cəzası Tələb Olunur

18/10/2026 23:08
1k
Xalq Artistinə AĞIR İTKİ
Manşet

Xalq Artistinə AĞIR İTKİ

18/10/2026 15:12
1k
Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu
Manşet

Ferhat Göçer Bakıda “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu

18/10/2026 12:53
1k

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Bu məlumatları yayanlar işini itirə bilər – RƏSMİ

Bu məlumatları yayanlar işini itirə bilər – RƏSMİ

19/10/2026 17:20
951
Ərdoğan qardaşlıq mesajı verdi – Azərbaycan əleyhdarları indi nə edəcək?

Ərdoğan qardaşlıq mesajı verdi – Azərbaycan əleyhdarları indi nə edəcək?

19/10/2026 17:10
951
Azərbaycanda yumurta bahalaşdı – VİDEO

Azərbaycanda yumurta bahalaşdı – VİDEO

19/10/2026 16:19
955
İstənilən an vura bilərik – Netanyahu

İstənilən an vura bilərik – Netanyahu

19/10/2026 16:10
956

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

Rusiya Müdafiə Nazirliyindən açıqlama: Ukraynada bir sıra strateji obyektlərin vurulduğu bildirilir

19/10/2026 10:05
996

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

QƏRBİ AZƏRBAYCANIN İNCİSİ — İLLİ KƏNDİ

19/10/2026 08:28
1k

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25-ci Payız” sərgi-tədbiri keçirilib-FOTOLAR

16/10/2026 19:02
1k

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

Qərbi Azərbaycanın Tayçarıq kəndi — tarixi və keçmişi

16/10/2026 08:14
1k

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.