Yunanıstan 2027-ci il yanvarın 1-dən etibarən 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini məhdudlaşdırmağa hazırlaşır.
Gündəm24.az xəbər verir ki, bu barədə Yunanıstanın dövlət naziri Akis Skertsos, səhiyyə naziri Adonis Georgiadis və rəqəmsal idarəetmə naziri Dimitris Papastergiu birgə mətbuat konfransında məlumat veriblər.
Akis Skertsos bildirib ki, sosial media şirkətlərinin uşaqları qorumaq üçün indiyədək gördüyü tədbirlər kifayət etmir. Buna görə də 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulacaq.
Səhiyyə naziri Adonis Georgiadisin sözlərinə görə, Yunanıstanda 10-12 yaşlı uşaqların yarıdan çoxunun sosial media hesabı var. Hesabı olan hər dörd uşaqdan biri isə sosial şəbəkələrdə həddindən artıq vaxt keçirir.
Rəqəmsal idarəetmə naziri Dimitris Papastergiu qeyd edib ki, yeni qanunvericilik Avropa İttifaqının qaydalarına uyğun hazırlanacaq. Məhdudiyyət qüvvəyə mindikdən sonra onun tətbiqindən əvvəl yaradılmış hesablar da bu tədbirlərə şamil ediləcək.//sfera.az











