Misirdəki səfir Mojtaba Firdowsi-Pour hücumlardan sonra İranın “danışıqlara girməmək” hüququna malik olduğunu bildirib.
Gündəm24.az TASS-a istinadən xəbər verilir ki, İranın Misirdəki səfiri Müctəba Firdovsi-Pur ABŞ-ın İranla qarşıdurmada uduzduğunu və indi bunu danışıqlar masasında kompensasiya etməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Vaşinqton həm qlobal iqtisadiyyat, həm enerji sektoru, həm də valyuta sahəsində zəifləyib, çünki dollarla hesablaşmaların həcmi azalır. Diplomat əlavə edib ki, bütün hücumlardan sonra İranın danışıqlarda iştirak etməmək və qarşı tərəfdən istədiyi şərtləri tələb etmək hüququ var.
Sədaqət Həsənova













