Yaponiya buxar sızması səbəbindən Mihama Atom Elektrik Stansiyasının 3-cü reaktorunu dayandırıb.
Gündəm24.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, sızma bu gün aşkar edilib.
KEPCO operator şirkətindən bildirilib ki, buxarda radioaktiv hissəciklər və çirklənmə riski yoxdur.













