Çərşənbə axşamı, Avqust 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azər Həsrət YENİ NƏSLƏ bağlı etiraz etdi: Kitab məsələsi

18/08/2026 17:48
CƏMİYYƏT
42 1
Azər Həsrət YENİ NƏSLƏ bağlı etiraz etdi: Kitab məsələsi
54
Baxış sayı

Mütaliə mədəniyyətinin zəifləməsi, xüsusilə gənclərin kitaba marağının azalması son illər cəmiyyətdə geniş müzakirə olunan məsələlərdəndir. Texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və informasiyanın saniyələr ərzində əldə edilməsi insanların oxu vərdişlərinə də ciddi təsir göstərir.

Bəs Azərbaycanda intellektual hərəkat başlatmaqla mütaliəyə marağı yenidən artırmaq mümkündürmü?

Gündəm24.az  bildirir ki,  mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən media eksperti Azər Həsrət bildirib ki, müasir dövrdə insanları uzun-uzadı əsərlər oxumağa məcbur etmək effektiv nəticə verməyə bilər.

Azər Həsrət

“Artıq bundan sonrakı mərhələdə yetişən nəsli zorla uzun-uzadı romanlar oxumağa məcbur edə bilmərik. Biz romanları o vaxt oxuyurduq ki, bir zamanlar kino, televiziya və sosial media yox idi. Dünyagörüşümüzü zənginləşdirmək üçün romanlara üz tuturduq.

Hiss edirəm ki, yeni texnologiyalar insanların vaxtının böyük hissəsini alır. Məsələn, tarixi roman oxuyuruq ki, hansısa məlumatı əldə edək və bunu üç-beş günə başa çatdırırıq. Amma eyni hadisələr haqqında film çəkilir və biz onu iki saat ərzində izləyərək həm hadisələri görür, həm də məlumat əldə edirik. Bu da insanlara fərqli seçim imkanı yaradır”.

Ekspertin sözlərinə görə, müasir dövrdə əsas məqsəd insanları texnologiyadan uzaqlaşdırmaq deyil, informasiyanın daha effektiv və əlçatan formada təqdim edilməsinə nail olmaqdır:

“Ona görə düşünürəm ki, dünyanın hər yerində sırf oxu mədəniyyətinin yüksəldilməsi adı altında aparılan hərəkatların uğurlu olması çətin görünür. Biz heç kimi məcbur edə bilməyəcəyik ki, yeni texnologiyalardan imtina etsin və yenidən kağız və ya elektron formada uzun romanlar oxusun.

İndi saniyələrlə yarışırıq. Hər hansı məlumatı insanlara çatdırmaq istəyiriksə, onu mümkün qədər qısa, anlaşıqlı və maraqlı formada təqdim etməliyik. İstər bədii, istər elmi, istərsə də informativ əsərlər olsun, müasir insanın vaxt amilini nəzərə almaq lazımdır”.

Ekspertin fikirlərindən belə nəticəyə gəlmək olar ki, Azərbaycanda intellektual hərəkatın əsas istiqaməti yalnız insanları kitab oxumağa çağırmaqla məhdudlaşmamalıdır. Əksinə, kitab, kino, elektron platformalar, audiokitablar və digər müasir texnologiyalardan istifadə etməklə bilik və mütaliəyə marağı artıran yeni formatlar yaradılmalıdır.

Belə yanaşma həm gənclərin müasir informasiya istehlakı vərdişlərini nəzərə almağa, həm də cəmiyyətdə elmə, biliyə və intellektual fəaliyyətə marağın artırılmasına imkan verə bilər.

Oxşarxəbərlər

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU PAYLAŞDI
CƏMİYYƏT

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU PAYLAŞDI

18/08/2026 18:49
52
Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ
CƏMİYYƏT

Azərbaycan CNN-i MƏHKƏMƏYƏ VERDİ

18/08/2026 17:45
53
Bakıda tıxacla bağlı YENİ TƏKLİF: Rayon maşınlarına qadağa?
CƏMİYYƏT

Bakıda tıxacla bağlı YENİ TƏKLİF: Rayon maşınlarına qadağa?

18/08/2026 17:05
54
David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”
CƏMİYYƏT

David Selivestrovdan ŞOK AÇIQLAMA: “Azərbaycana qayıdacağam”

18/08/2026 16:56
67
Maliyyələşdirilmiş qaimələr üçün YENİ REYESTR SİSTEMİ
CƏMİYYƏT

Maliyyələşdirilmiş qaimələr üçün YENİ REYESTR SİSTEMİ

18/08/2026 16:55
57
Bakıda iş saatları DƏYİŞİR: Yeni sistem nə vaxt başlayacaq?
CƏMİYYƏT

Bakıda iş saatları DƏYİŞİR: Yeni sistem nə vaxt başlayacaq?

18/08/2026 16:30
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU PAYLAŞDI

Deputat əməliyyat etdiyi xəstənin VİDEOSUNU PAYLAŞDI

18/08/2026 18:49
52
Hüseyn Məhəmmədoğlu XƏSARƏT ALDI: “Böyük zərbədir”

Hüseyn Məhəmmədoğlu XƏSARƏT ALDI: “Böyük zərbədir”

18/08/2026 18:22
51
Xəzər sahilində TARİXİ TAPINTI: 1500 illik qızıl ayaqqabı

Xəzər sahilində TARİXİ TAPINTI: 1500 illik qızıl ayaqqabı

18/08/2026 18:10
51
Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
64

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
64

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
73

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

Jurnalist İlkin Şirinovdan Cəlaloğlunun iddiasına sərt cavab-VIDEO

17/08/2026 18:50
152

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

Qərbi Azərbaycanın unudulmayan yurdu – Ağhəmzəli

17/08/2026 08:28
71

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In