Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi güclü yanğın nəticəsində tamamilə yanaraq kül olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğının söndürülməsi təmin edilib.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır./bizim.media













