Paytaxt ərazisində 6 yaşlı uşaq itkin düşüb.
Gündəm24.az xəbər verir ki, bu barədə BAKU.WS-ə onun yaxınları məlumat verib.
Qeyd edilib ki, hadisə Xətai rayonu, Ağ şəhər ərazisində baş verib. Mahmudova Ömür Azər qızı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Onun 6 yaşı var. Ömür iyunun 6-sı saat 17.50 radələrində itkin düşüb.
Azyaşlının itkin düşməsi ilə bağlı polisə məlumat verilib. Hazırda onun axtarışları davam edir.














