20 Yanvar metrosu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gündəm24.az nocomment.az-a istinadən xəbər verir ki, “20 Yanvar” metrostansiyası yaxınlığında ağır yol-nəqliyyat qəzası qeydə alınıb.
Belə ki, “SOCAR”a məxsus yanacaq daşıyan sistern və “166” yükdaşıma şirkətinə aid olan TIR toqquşub. Nəticədə nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib. Qəza səbəbindən yolda hərəkət intensivliyi pozulub və avtomobillərin hərəkətində sıxlıq yaranıb.
Hadisənin başvermə səbəbləri və xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.













