Çərşənbə, Avqust 19, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda çimərlik qalmaqalı: Qadınları çəkən şəxs CƏZALANACAQ?

19/08/2026 16:25
Hadisə
39 2
Bakıda çimərlik qalmaqalı: Qadınları çəkən şəxs CƏZALANACAQ?
52
Baxış sayı
Müasir dövrdə texnologiyanın inkişafı özü ilə bir çox yeniliklər gətirsə də, bəzən onun mənfi tərəflərindən də qaçmaq olmur. Son vaxtlar bəzi şəxslərin ictimai yerlərdə canlı yayım açaraq ətrafdakı insanları onların razılığı olmadan görüntüyə alması və bu görüntüləri sosial şəbəkələrdə yayımlaması halları diqqət çəkir. Üstəlik, görüntüyə alınan şəxslər canlı yayımı izləyənlərin müzakirə obyektinə çevrilirlər.
Belə hallardan biri də Amburanda yaşanıb. Belə ki, bir şəxs “TikTok”da canlı yayım açaraq çimərlikdə istirahət edən qadınları görüntüyə alıb.
Bəs bu zaman qanun nə deyir? İctimai yerlərdə insanları görüntüyə almaq üçün mütləq razılıq tələb olunurmu? Belə hallara görə hansı hüquqi tədbirlər görülə bilər?
Gündəm24.az  bildirir ki, mövzu ilə bağlı hüquqşünas Babək Umudov “Bakupost”a bildirib ki, ictimai yerlərdə şəxslərin razılığı olmadan videoya çəkilməsi və canlı yayımlanması Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
Onun sözlərinə görə, ictimai məkanda çəkiliş aparmaq ümumi olaraq qadağan edilməsə də, şəxsi həyatın toxunulmazlığı və fərdi məlumatların qorunması ilə bağlı ciddi hüquqi çərçivələr mövcuddur:
“Konstitusiyamıza əsasən heç kəsin xəbəri olmadan və ya etirazına baxmayaraq, onun izlənilməsinə, video və ya foto çəkilişinə aparılmasına, səs yazılmasına yol verilmir. İctimai yer olsa daxil, şəxsin kadrın əsas obyekti kimi görüntülənməsi onun şəxsi həyatın toxunulmazlığı hüququna daxildir.
Eləcə də fiziki şəxsin təsvirindən (fotosundan, videoyazısından) istifadə olunmasına yalnız onun razılığı ilə yol verilir”.
B.Umudov istisna halları da qeyd edib:
“Şəxs ictimai fəaliyyət göstərirsə, çəkiliş ictimai maraq kəsb edirsə, dövlət və ya ictimai təhlükəsizlik maraqları naminə aparılırsa və ya şəxs kütləvi tədbirin (konsert, mitinq, idman yarışı və s.) ümumi kadrına düşübsə, razılıq tələb olunmaya bilər. Lakin canlı yayım edən şəxs fokusunu xüsusi olaraq konkret bir fərdə və ya qrupa yönəldirsə (məsələn, çimərlikdə istirahət edən birinə), bu artıq qanun pozuntusudur”.
B.Umudov qeyd edib ki, razılığı olmadan görüntüləndiyini düşünən aşağıdakı addımları ata bilər:
“- Yayımın dərhal dayandırılması, yayılmış kadrların silinməsi tələb edilə bilər.
– Şəxsi həyata müdaxilə, şərəf və ləyaqətin, işgüzar nüfuzun zədələnməsi əsası ilə mənəvi və maddi zərərin əvəzinin ödənilməsi məhkəmə qaydasında tələb oluna bilər.⁠
– ⁠Fərdi məlumatların (o cümlədən şəxsin vizual təsvirinin) qanunsuz toplanması və ya işlənilməsinə görə inzibati cərimə nəzərdə tutulur. Zərərçəkən şəxs polis orqanlarına (DİN) müraciət edərək akt tərtib etdirə bilər”.
B.Umudov vurğulayıb ki, canlı yayım açan şəxs ətrafdakıları narahat edərək müqavimət göstərərsə və ya nalayiq davranışlar edərsə, bu hal xırda xuliqanlıq kimi tövsif edilə bilər:
“Əgər çəkiliş şəxsin özəl həyatının sirrini təşkil edən fərdi məlumatlarını qanunsuz toplamaq, satmaq və ya yaymaq məqsədi daşıyarsa (məsələn, çimərlikdə intim/özəl anları gizli çəkib yaymaq), bu artıq cinayət tərkibi yaradır və cərimə, islah işləri və ya azadlığın məhdudlaşdırılması, hətta xüsusi hallarda azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
– Xüsusi rejimli məkanlar: Strateji obyekt olan binalar, hərbi sahələr, məhkəmə zalları, səsvermə məntəqələri və təhlükəsizlik zonalarında çəkiliş və canlı yayım qanunla qadağandır.
– Xüsusi mülkiyyət və istirahət mərkəzləri: Çimərliklər, otellər, restoranlar və ya özəl istirahət kompleksləri öz daxili qaydaları ilə (məsələn, girişdə xəbərdarlıq lövhəsi yerləşdirərək) öz ərazilərində canlı yayım və ya çəkiliş aparılmasına daxililəşdirilmiş məhdudiyyət/qadağa qoya bilərlər.
– ⁠Şəxsi məhrəmlik zonaları: İctimai yerlərin tərkibində olan, lakin şəxsi məhrəmlik gözlənilən zonalarda (geyinmə-soyunma otaqları, sanitar qovşaqlar, çimərliklərin geyinmə kabinələri) çəkiliş aparmaq tamamilə qadağandır və cinayət məsuliyyətinə səbəb ola bilər”.

Oxşarxəbərlər

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR
Hadisə

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

19/08/2026 17:31
55
Kamilənin anasının meyiti tapıldı – Təfərrüat
Hadisə

Kamilənin anasının meyiti tapıldı – Təfərrüat

19/08/2026 14:57
55
Gənclik Mall”da HƏYƏCAN: Vətəndaşlar təxliyə olunur
Hadisə

Gənclik Mall”da HƏYƏCAN: Vətəndaşlar təxliyə olunur

19/08/2026 11:06
66
Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu
Hadisə

Limona görə şəhid valideynləri ilə dalaşdı, həbs olundu

18/08/2026 23:27
55
Elvinin ad günü faciə ilə bitdi: Qəzada HƏLAK OLDU – VİDEO
Hadisə

Elvinin ad günü faciə ilə bitdi: Qəzada HƏLAK OLDU – VİDEO

18/08/2026 22:19
57
İki qadını maşın vurdu: DƏHŞƏTLİ QƏZADA ÖLƏN VAR
Hadisə

İki qadını maşın vurdu: DƏHŞƏTLİ QƏZADA ÖLƏN VAR

18/08/2026 19:54
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

Kolleclərə qeydiyyat BAŞLADI – Abituriyentlərin DİQQƏTİNƏ

19/08/2026 17:35
50
Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

Toyuq kəsim sexində qanun pozuntuları aşkarlandı – FOTOLAR

19/08/2026 17:31
55
Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – SARI XƏBƏRDARLIQ

19/08/2026 17:04
54
Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

Bakıda su qəzası: Problem 25 dəqiqəyə aradan qaldırıldı

19/08/2026 16:59
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

Qərbi Azərbaycanın qədim yurdu – Hərhər kəndi

19/08/2026 08:05
57

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

Sumqayıtda bina özülünü belə qazmaq olarmı? Sakinlər həyəcan təbili çalır-VİDEO

18/08/2026 20:33
98

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

Bələdiyyə seçkisi zalda YUMRUQ davasına çevrildi-VİDEO

18/08/2026 18:00
67

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

Güllücə: Qərbi Azərbaycanda azərbaycanlıların qədim yurdu

18/08/2026 09:25
73

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.